Nisa Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. (Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin mehrlərini (şəriətə) müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. (Kənizlərlə evlənmək) sıxıntıya düşməkdən (və ya zina etməkdən) qorxanlarınız üçündür. Amma səbrli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi qul, azad qadın cariyə hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış etiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Кто не обладает достатком, чтобы жениться на верующих целомудренных женщинах, пусть женится на верующих девушках из числа невольниц, которыми овладели ваши десницы. Аллаху лучше знать о вашей вере. Все вы друг от друга. Посему женитесь на них с разрешения их семей и давайте им вознаграждение достойным образом, если они являются целомудренными, а не распутницами или имеющими приятелей. Если же после обретения покровительства (замужества) они (невольницы) совершат мерзкий поступок (прелюбодеяние), то их наказание должно быть равно половине наказания свободных женщин. Жениться на невольницах позволено тем из вас, кто опасается тягот или прелюбодеяния. Но для вас будет лучше, если вы проявите терпение, ведь Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
İçinizdən kimin mömin azad qadınlarla evlənməyə gücü çatmazsa, o zaman əllərinizin altında olan gənc mömin cariyələrinizdən alıb evlənsin. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (eyni soydan gəlməsiniz). Elə isə iffətli yaşamaları, zina etməmələri gizli dost (aşna) tutmamaları şərtiylə sahiblərinin icazəsiylə mehirlərini marufla (adət-ənənyə uyğun olaraq) verərək onlarla evlənin. Lakin evli olduğu halda zina edərlərsə, o təqdirdə azad qadınlara tətbiq olunan əzabın (cəzanın) yarısı onlara tətbiq olunar. Bu (cariyə ilə evlənmə izni) içinizdən (zina etmək) sıxıntısına düşməkdən qorxanlar üçündür. Səbir etməyiniz sizin üçün daha xeyirlidir. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Kim imkan sahibi deyil sizdən nigah etsin ismətli inanan qadınları malikdir əlinizdəki cavanlarınızdan inananları. Allah Alimdir imanınız ilə! Bəziləriniz bəzinizdənsiniz. Nigah edin onlarla iznilə əhlilərinin onların əta edin onlara ücrətlərini mərifətlə, ismətlə, toxunmayın məşuqə qərar verməyin. Onda ki, namusludurlar... əgər gəlsələr fahişəliklə əleyhinə onların yarısı ki, üzərinə namusludan əzabdan. Bu sizdən o kəs üçündür ki, çəkinir lənətdən. Əgər, səbrli olasinız, xeylidir sizin üçün. Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizlərdən azad möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə sahiblərinin icazəsi ilə onlarla evlənin mehriyyələrini zina əhli gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Sizdən kimin hürr mömin qadınlarla evlənməyə gücü çatmazsa, sahib olduğunuz gənc mömin qızlarınızdan (cariyələrinizdən) alsın. Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. Elə isə iffətli yaşadıqları, zina etmədikləri gizli dost tutmadıqları halda sahiblərinin izni ilə onlarla evlənin, mehirlərini gözəl bir şəkildə verin. Evləndikdən sonra əxlaqsız bir tutsalar, onlara hürr qadınların cəzasının yarısı verilər. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən günaha düşməkdən qorxanlar üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən biri maddi imkanı olmadığına görə azad mömin qadınlara evlənə bilmirsə, onda sahib olduğunuz mömin kənizlərlə evlənsin. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz. Onlarla [kənizlərlə] sahiblərinin icazəsi ilə evlənin, qayda üzrə mehrlərini verin, (bu şərtləki) namuslu olsunlar, əxlaqsız olmasınlar oynaş saxlamasınlar. Ərə getdikdən sonra əxlaqsızlıq edərlərsə, onda azad qadınlara düşən cəzanın yarısı onlara düşür. Bu, sizlərdən çətin vəziyyətə düşməkdən qorxanlar üçündür. Səbr etsəniz, sizin üçün daha xeyirli olar. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
sizdən hər kimin azad mömin qadınları kəbininə almağa imkanı çatmırsa, ona da, qanuni çərçivədə himayənizə verilən mömin gənc qızlardan/xidmətçilərinizdən kəbinlə almaq [icazəsi] var. Allah, sizin imanınızı daha yaxşı bilir. Sizin bəziləriniz bəzilərinizdənsiniz [hamınız bir-birinizdənsiniz]. Elə isə, zinakarlıq etməyən, gizli aşnası olmayan, sahibi olan qadınlardan yaxınlarının icazə ilə/məlumatı daxilində qanuni çərçivədə himayənizə verilən qadınları[#366] kəbininizə alın adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən şəkildə mehrlərini[#367] verin. Sahibləri olduğu halda zina etsələr, o zaman onlara azad qadınlara verilən əzabın yarısı verilər. -Bax bu, sizin içinizdən günah işləməkdən qorxanlar üçündür.- əgər səbr etsəniz sizin üçün daha xeyirlidir. Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan çox bağışlayandır, dərin mərhəmət sahibidir.