Əlixan Musayev:
Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”– deməkdən başqa bir şey deyildir.
Bünyadov-Məmmədəliyev:
(Qiyamətə dair) ayələrimiz onlara açıq-aşkar oxunduğu (söyləndiyi) zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, (vəfat etmiş) atalarımızı (dirildib) gətirin görək!” – deməkdən başqa bir şey deyildir.
Elmir Quliyev
:
Когда им читают Наши ясные аяты, их единственным доводом оказываются слова: "Приведите наших отцов, если вы говорите правду".
Ələddin Sultanov:
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman onların: “Əgər doğru deyirsinizsə, atalarımızı geri gətirin!” - demələrindən başqa dəlilləri yoxdur.
Kerbelayi Malik ağa:
Onlara ayələrimiz açıqlanaraq oxunduğu zaman onların iddiaları ancaq bu oldu: ‘Əgər siz doğru söyləyənlərsinizsə, atalarımızı gətirin!’.
Ələsgər Musayev:
Onda ki, tilavat olunur üzərinə onların
ayətlərimiz aydın bəyanatla, olmadı hüccətləri, ancaq ki,
dedilər: «Gətirin atalarımızı, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
Bizim (məad barəsindəki) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı (qəbirlərdən çıxarıb) gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur.
Kövsər Tağıyev:
Onlara ayələrimiz açıq-aydın oxunduğu zaman onların dəlilləri sadəcə “Doğru söyləyənlərsinizsə, atalarımızı gətirin” demək oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimiz onlara aydın bir şəkildə oxunan zaman onların: "Əgər siz düz deyirsinizsə, onda atalarımızı dirildib gətirini" - deməkdən başqa bəhanələri olmaz.
Sabirə Dünyamalıyeva:
Onlara ayələrimiz açıq-aydın oxunduğu zaman da: "Əgər doğru kəslərsinizsə, atalarımızı gətirin" deməkdən başqa dəlilləri yoxdur.