Fəth Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişi mömin qadınları bilmədən tapdalayıb əzmək onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, (Allah ora zorla girməyinizə izin verərdi.) Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi.) Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.
Bünyadov-Məmmədəliyev:
Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir). Əgər (Məkkədə) tanımadığınız mömin kişi qadınları bilmədən ayaq altına alıb əzmək bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz möminlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi). Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (o zaman buna izin vermədi). Əgər onlar (möminlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik!
Elmir Quliyev :
Они те, которые не уверовали, не впустили вас в Заповедную мечеть и задержали жертвенных животных, не позволив им достичь места заклания. И если бы в Мекке не было верующих мужчин и верующих женщин, которых вы не знали и могли затоптать по незнанию так, что они поставили бы вас в затруднительное положение (или вы бы оказались опозорены перед ними; или вы совершили бы грех перед ними), то Аллах позволил бы вам вторгнуться в Мекку, но Он не сделал этого, чтобы ввести в Свою милость тех, кого пожелает. Но если бы они отделились друг от друга, то Мы подвергли бы неверующих из них мучительным страданиям.
Ələddin Sultanov:
Onlar kafir olub sizin Məscidi-haramı ziyarət etməyinizə gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz) səbəbilə günaha girəcəyiniz mömin kişi qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan kafir olanlara acı bir əzab verərdik. (Hüdeybiyyədə qüreyşlilər müsəlmanların Məkkəyə girmələrinə, Məscidi-haramı ziyarət etmələrinə gətirdikləri qurbanlıq heyvanları Minada kəsmələrinə mane olmuşdular. Bundan sonra müsəlmanlara döyüş izni verilməməsinin səbəbi Məkkədə müsəlman olduqlarını gizli saxlayanların olması idi. Həmin müsəlmanlar Qüreyş kafirlərindən seçilmədikləri üçün Məkkənin fəthi təxirə salınmışdı.)
Kerbelayi Malik ağa:
O kafirlər, sizi Məscidi Harama qurbanlıqları qurbangaha gedib çatmağa qoymadı. Əgər hələ tanımadığınız (bilmədən) həlak edəcəyiniz mömin kişilər mömin qadınlar olmasaydı, buna görə bilmədən (xəbəriniz olmadan) onlardan sizə bir sıxıntı (günah) gəlmək ehtimalı olmasaydı (Allah döyüşmənizə icazə verərdi). (Allahın döyüşə icazə verməməsi) Allahın dilədiyini rəhmətinə daxil etməsi üçündür. Əgər (möminlər) ayrılmış olsaydılar, onlardan kafir olanları mütləq ağrılı-acılı əzabla əzablandırardıq.
Ələsgər Musayev:
Onlar o kəslərdir ki, kafirdirlər sədd çəkirlər sizə qadağan olunmuş səcdə yerindən kəsilməyə aparılan heyvanlardan ki, yetişsin öz məhəlləsinə. Əgər kişi qadın inananlardan, hansı ki, siz onları tanımırdız, ola bilərdi ki, onları siz bilməz halda aradan aparasınız onlara görə bilməz halda günah edəsiniz. Daxil edər Allah rəhmətinə kimi istər. Əgər siz bir-birinizdən ayrı olsaydınız, həqiqətən, əzab edərdik onlardan o kəslər ki, kafirdirlər, ələmli əzabla.
A.Mehdiyev və D.Cəfərli:
Onlar küfr edən, sizi Məscidul-haram(ın ziyarətin)dən saxlayan həmçinin (sizin) qurbanlığınızın öz yerinə (Məkkə ya Minaya) çatmasına mane olan kəslərdir. Əgər sizin tanımadığınız (və Məkkə kafirləri ilə qarışıq yaşayan) mömin kişi qadınları tapdamağınız bilmədən bu yolla sizə bir zərər narahatçılıq (və diyələr) yetişməsəydi (sizin onlarla vuruşmağınızın qarşısını almazdı). (Belə etdi) ki, (sizdən kafirlərlə qarışıq yaşayan müsəlmanlardan) istədiklərini Öz mərhəmətinə daxil etsin. Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik.
Kövsər Tağıyev:
Onlar inkar edənlər Məscidi-Haramı ziyarət etməkdə (ibadət məqsədilə) saxlanan qurbanlıqları yerlərinə çatdırmaqda sizə mane olanlardır. Əgər oradakı hələ tanımadığınız mömin kişilərlə, mömin qadınları bilmədən əzmə beləliklə, sizə bir əziyyət gəlmə ehtimalı olmasaydı, (Allah Məkkəyə girmək üçün sizə icazə verərdi). Allah istədiyini öz rəhmətinə qovuşdurmaq üçün belə etmişdir. Əgər iman edənlərlə inkar edənlər bir-birilərindən ayrılmış olsaydılar, onlardan inkar edənləri ağrılı-acılı bir əzaba düçar edərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar küfr etmiş, sizin Məscidül-Həramı ziyarət etmənizə qurbanlıq heyvanın öz yerinə çatmasına mane olmuş kəslərdir. Əgər kafirlər arasındakı tanımadığınız mömin kişi qadınları ayırd etmədən ayaq altına salıb öldürməklə günaha batmanız ehtimalı olmasaydı, (döyüşmənizə izn verərdik). Bu, Allahın istədiyi kəsi Öz mərhəməti altına alması üçündür. Əgər onlar [kafirlərlə möminlər] seçilib ayırd edilsəydilər, onda Biz kafirlərə, əlbəttə ki, üzücü bir əzab verərdik.
Sabirə Dünyamalıyeva:
Onlar, Allahın məbud rəbb olduğunu qəbul etməyən sizi Məscidülhərama qoymayan hazırlanmış hədylərin/həcc edənlərə göndərilən azuqənin yerinə çatmasını mane olan kəslərdir. Əgər hələ tanımadığınız, bilməyərək əzməklə məsuliyyətlərini boynunuza götürəcəyiniz mömin kişilər, mömin qadınlar olmasaydı, əgər onlar bir-birindən [seçilib] ayrılmış olsaydılar, həqiqətən onlardan Allahın məbud rəbb olduğuna inanmayan kəsləri ağrılı-acılı bir əzaba düçar edərdik.