Hədid Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz elçilərimizi aydın dəlillərlə göndərdik onlarla birlikdə Kitab tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə insanlar üçün mənfəətlər olan dəmiri endirdik ki, Allah, (Onu) görmədən Ona elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan insanlara fayda verən dəmiri icad (nazil) etdik (mədənlərdən çıxartdıq) ki, Allah (Özünü) görmədən Ona (onun dininə) peyğəmbərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
Elmir Quliyev :
Мы уже отправили Наших посланников с ясными знамениями и ниспослали с ними Писание и Весы, чтобы люди придерживались справедливости. Мы также ниспослали железо, в котором заключается могучая сила и польза для людей, для того, чтобы Аллах узнал тех, кто помогает Ему и Его посланникам, хотя и не видит Его воочию. Воистину, Аллах Всесильный, Могущественный.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz peyğəmbərlərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona peyğəmbərlərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
Kerbelayi Malik ağa:
And olsun ki, rəsullarımızı bəyyinələrlə (açıq dəlillərlə, isbat vasitələri ilə) göndərdik. Onlar ilə birlikdə kitabı mizanı endirdik ki, insanlar arasında ədalətlə hökm etsinlər. İçində qüvvətli sərtlik olan dəmiri endirdik. Onda insanlar üçün çoxlu mənfəətlər (faydalar) vardır. (Bu), qeybdə Özünə rəsullarına kömək edəcək olan kimsələri Allahın bəlli etməsi (üzə çıxartması) üçündür. Şübhəsiz ki, Allah Qəviyydir (güclüdür, qüvvətlidir), Əzizdir.
Ələsgər Musayev:
Əlbəttə, göndərdik Biz rəsullarımızı bəyanatlarla nazil etdik onlarla kitabı mizanı, ondan ötrü ki, qiyam edərək ayağa qalxsınlar insanlar insafla nazil etdik dəmiri onda şiddətli basqı var insanlar üçün mənfəət. Ondan ötrü ki, məlum etsin Allah kim kömək edir Ona Onun rəsullarına qeybdə. Həqiqətən, Allah Qəvidir, Əzizdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq möcüzə ilə) göndərdik onlarla birlikdə insanların (dünya həyatında) ədalət insafa əməl etmələri üçün (səmavi) kitab (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə müdafiədə) möhkəm qüvvə (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən Allah qüvvətli yenilməz qüdrət sahibidir.
Kövsər Tağıyev:
And olsun, biz elçilərimizi açıq möcüzələrlə göndərdik onlarla birlikdə kitabı mizanı (ölçünü) endirdik ki, insanlar ədaləti yerinə yetirsinlər. Çox möhkəm insanlar üçün çox faydaları olan dəmiri yaratdıq (ki, insanlar ondan faydalansınlar). Allah da özünə rəsullarına qeybə inanaraq yardım edəcək kimsələri bilsin. Şübhəsiz, Allah qüvvətlidir, mütləq güc sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik. Onlarla birlikdə Kitab, ölçü çəki endirdik ki, insanlar ədalətli olsunlar. Özündə böyük bir qüvvət insanlar üçün çoxlu mənfəətlər olan dəmiri verdik. Bu, ona görədir ki, Allah kimin Onu görmədiyi halda, Ona peyğəmbərlərinə kömək etdiyini bilsin. Həqiqətən, Allah qüvvət, qüdrət sahibidir.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik [onlarla] birgə kitabı ölçünü nazil etdik ki, insanlar haqqaniyete riayət etsinlər Allah [Öz] dininə elçilərinə, heç kimin görmədiyi tanımadığı yerlərdə yardım edənləri müəyyənləşdirsin/nişanlayıb göstərsin. Biz, özündə böyük bir qüvvə insanlar üçün mənfəətlər ehtiva edən dəmiri nazil etdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üstündür.