Nuh Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar öz günahlarına görə (suya) qərq edildilər oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
Bünyadov-Məmmədəliyev:
Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər tapa bilmədilər!
Elmir Quliyev :
За свои грехи они были потоплены и ввергнуты в Огонь. Они не нашли себе помощников вместо Аллаха.
Ələddin Sultanov:
Onlar öz günahları ucbatından suda boğuldular cəhənnəmə atıldılar. Beləcə, Allahdan başqa yardımçılar da tapa bilmədilər.
Kerbelayi Malik ağa:
Onlar günahlarından dolayı boğuldular. Sonra atəşə atıldılar. Artıq özləri üçün Allahdan başqa bir yardımçı tapa bilmədilər.
Ələsgər Musayev:
Nədən ki, xəta etdilər onlar, qərq olundular daxil oldular oda. Tapılmadı onlar üçün Allahdan başqa yardımçı
A.Mehdiyev və D.Cəfərli:
(Bəli,) günahları üzündən onlar suda batdılar birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi yardımçı tapmadılar.
Kövsər Tağıyev:
Xətaları (küfr üsyanları) səbəbi ilə suda boğuldular cəhənnəmə atıldılar, özləri üçün Allahdan başqa yardımçılar tapa bilmədilər.
M.Qənioğlu və T.Bilaloğlu:
İşlətdikləri günahlar üzündən onlar suya qərq edildilər cəhənnəm oduna daxil edildilər. Onlar özlərinə Allahdan başqa köməkçilər tapmadılar.
Sabirə Dünyamalıyeva:
Onlar, səhvlərindən ötrü suda boğuldular, sonra da oda atıldılar. Sonra da özləri üçün Allahın altındakılardan köməkçilər tapa bilmədilər.