Bəqərə Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Allah ağcaqanadı (istər böyüklükdə, istərsə kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah (demək) istədi?” Halbuki O bununla bir çoxlarını azdırır bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.
Bünyadov-Məmmədəliyev:
Əlbəttə, Allah (Quranda) ağcaqanadı ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.
Elmir Quliyev :
Воистину, Аллах не смущается приводить притчи о комаре или том, что больше него. Те, которые уверовали, знают, что это истина от их Господа. Те же, которые не уверовали, говорят: "Чего хотел Аллах, когда приводил эту притчу?" Посредством нее Он многих вводит в заблуждение, а многих наставляет на прямой путь. Однако вводит Он в заблуждение посредством нее только нечестивцев,
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah ağcaqanadı (kiçiklikdə ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman gətirənlər onun (Quranın) Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. Kafirlər isə: “Allah bu misalı verərək demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah bir ağcaqanadı, hətta onun üstündə olanı da misal verməkdən çəkinməz. Lakin amənu olanlar (Allaha təslim olmağı diləyənlər) onun Rəblərindən bir haqq olduğunu bilirlər. Kafirlər (Allaha təslim olmağı diləməyənlər) isə: 'Allah bu misal ilə demək istədi?' deyərlər. (Allah) onunla bir çoxunu dəlalətdə buraxar, bir çoxunu da onunla hidayətə ərdirər. Onunla fasiqlərdən başqasını dəlalətdə buraxmaz.
Ələsgər Musayev:
Həqiqətən, Allah həya etməz ki, zərb-məsələ ağcaqanadı ki, fovqündəkini onun. amma o kəslər ki, inanırlar bilirlər ki, o haqdır Rəblərindən amma o kəslər ki, kafirdirlər deyirlər: «Nədir iradəsi Allahın bu məsəllə?» Zəlalətdə tərk edir bununla əksəriyyətini hidayət edir bununla əksəriyyətini zəlalətdə tərk edir bununlaancaq fasiqləri -
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə ya mütləq itaət tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır.
Kövsər Tağıyev:
Allah bir ağcaqanadı, ondan daha da ötə bir varlığı misal gətirməkdən çəkinməz. İman edənlər onun, Rəblərindən (gələn) bir həqiqət olduğunu bilirlər. Küfrə batıb qalanlar isə: “Allah bu məsəllə demək istədi?” deyərlər. (Allah) onunla (ondan dərs çıxarıb-çıxarmamaları ilə) bir çoxlarını sapdırar, bir çoxlarını da doğru yola yönəldər. Onunla yalnız fasiqləri sapdırar.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğurdan da Allah ağcaqanad ondan böyük şeyləri misal gətirməkdən çəkinmir. İman gətirənlər bilirlər ki bu, onların Rəbbindən gələn bir həqiqətdir. Küfr edənlər isə deyirlər: "Bu misalla Allah demək istəyir ?" O bununla bir çoxlarını azdırır, bir çoxlarına isə bununla düz yol göstərir. O, bununla yalnız yoldan çıxanları azdırır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Allah, bir ağcaqanadı, hətta daha daha kiçik bir şeyi misal gətirməkdən çəkinməz. İman edən kəslər bilir ki, şübhəsiz o haqdır, Rəbbi tərəfindəndir. Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər], "Allah belə bir misalla demək istədi?" deyərlər. Allah, çəkdiyi misallarla bir çoxlarını zəlalətə salar, bir çoxlarını da onunla [doğru yola] yönəldər. Allah, onunla yalnız, söz verib əhdləşdikdən sonra Allaha verdikləri sözə xilaf çıxan,