Əraf Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan )ibrət alasınız.
Bünyadov-Məmmədəliyev:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim bir bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.
Elmir Quliyev :
О сыны Адама! Мы ниспослали вам одеяние для прикрытия ваших срамных мест и украшения. Однако одеяние из богобоязненности лучше. Таково одно из знамений Аллаха. Быть может, они помянут назидание.
Ələddin Sultanov:
Ey Adəm oğulları! Sizin üçün ayıb yerlərinizi örtən geyim bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Bəzi alimlər ayədəki “təqva geyimi” ifadəsinə “həya, saleh əməl, təvazökarlığın əlaməti olan sərt yundan olan paltar, müharibə geyimi, Allah qorxusu” kimi izahlar vermişlər.)
Kerbelayi Malik ağa:
Ey Adəm oğulları! Sizlərə ayıb yerlərinizi gizlədib örtəcək libas bəzənəcək şeylər (libas) təqva libasını endirdik. Bu daha xeyirlidir. Bu Allahın ayələrindəndir. Beləcə onlar təzəkkür edərlər.
Ələsgər Musayev:
Ay Adam oğulları! Sizə ayıb yerlərinizi tüklərinizi örtəcək bir libas göndərdik. Təqva libası daha xeyirlidir. Bu, Allahın ayətlərindəndir, ola ki, onlar yad edələr!
A.Mehdiyev və D.Cəfərli:
«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır.» Bunlar Allahın (insanlar üçün olan) ayə nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.
Kövsər Tağıyev:
Ey Adəm oğulları! Sizə övrət yerlərinizi örtəcək geyim süslənəcək libas verdik. Təqva (Allaha qarşı gəlməkdən çəkinmək) libası ki var, (bax) o, daha xeyirlidir. Bu (geyimlər) Allahın rəhmətinin əlamətlərindəndir. Bəlkə öyüd götürərlər (deyə onları insanlara verdik).
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Adəm övladları, ayıb yerlərinizi örtmək üçün sizə geyim bəzək-düzək endirdik. Təqva libasına gəlincə, bu, daha xeyirlidir. Bu, Allahın ayələrindədir ki, bəlkə onlar [insanlar] anıb öyüd alalar.
Sabirə Dünyamalıyeva:
Ey Adəm oğulları! Sizə çirkinliklərinizi örtmək üçün geyim, bəzənmək üçün libas nazil etdik. "Allahın mühafizəsi altına daxil olmağın" libası; o, daha xeyrlidir. Bax bu, düşünüb nəsihət almaq üçün Allahın ayələrindəndir.