Əlixan Musayev:
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.
Elmir Quliyev
:
Притчей о тех, кто расходует свое имущество на пути Аллаха, является притча о зерне, из которого выросло семь колосьев, и в каждом колосе — по сто зерен. Аллах увеличивает награду, кому пожелает. Аллах — Объемлющий, Знающий.
Ələddin Sultanov:
Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Mallarını Allah yolunda xərcləyənlərin halı hər sünbülündə yüz ədəd dənə (toxum) olmaq üzərə, yeddi sünbül verən bir tək toxumun halı kimidir. Allah dilədiyi kimsə üçün (onun ruzisini) qat-qat artırıb verər. Allah Qəyyumdur, Alimdir.
Ələsgər Musayev:
Məsəli
o kəslərin ki, infaq edirlər mallarını Allah yolunda, bitki
danəsinin məsəli kimidir ki, yeddi sünbül bitirər, hər
sünbüldə yüz danə. Allah istəyən kəs üçün onu neçə qat
artırar və Allah Vəsidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir.
Kövsər Tağıyev:
Mallarını Allah yolunda xərcləyənlərin halı yeddi sünbül verən və hər bir sünbüldə yüz ədəd dən olan bir toxum kimidir. Allah istədiyinə qat-qat verər. Allah lütfü geniş olandır, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz mal-dövlətini Allah yolunda sərf edənlər hər birində yüz ədəd dəni olan yeddi sünbül yetirən toxuma bənzərlər. Allah istədiyi kəsin (malını) qat-qat artırar. Allah genişürəklidir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Mallarını Allah yolunda xərcləyən/başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edən kəslərin misalı yeddi sünbül verən və hər sünbülündə yüz ədəd dən olan toxum kimidir. Allah dilədiyinə qat-qat artırar. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir.