Əlixan Musayev:
Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Elmir Quliyev
:
Тем, кто расходует свое имущество на пути Аллаха и не сопровождает свои пожертвования попреками и оскорблениями, уготована награда у их Господа. Они не познают страха и не будут опечалены.
Ələddin Sultanov:
Mallarını Allah yolunda infaq edib sonra verdiklərinin arxasınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları Rəbbi yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
Kerbelayi Malik ağa:
Mallarını Allah yolunda infaq etdikdən (verdikdən) sonra verdikləri şeyin arxasından minnət qoymayanların (başa qaxmayanların) və onlara əziyyət etməyənlərin əcrləri (mükafatları) Rəblərinin dərgahındadır. Onlara qorxu yoxdur və onlar qəmgin olmazlar.
Ələsgər Musayev:
O kəslər ki, infaq
edirlər mallarını Allah yolunda, sonra nə ki, infaq edirlər,
ardınca minnət qoymayıb və əziyyət etmirlər – həmin onlar
üçün əcrləri var Rəblərinin yanında və yoxdur üzərində
onların xof və onlar hüznlü olmayacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.
Kövsər Tağıyev:
Mallarını Allah yolunda xərcləyən, sonra da xərclədiklərini başa qaxmayan və qəlb incitməyənlərin Rəbləri qatında mükafatları var. Onlar üçün qorxu yoxdur. Onlar məhzun olmayacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz mal-dövlətini Allah yolunda sərf edənlərin, sonra isə sərf etdikləri üçün minnət qoymayan və incitməyənlərin öz Rəbbi dərgahında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar (peşman olub) kədərlənməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Allah yolunda mallarını xərcləyən/başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edən, sonra verdiklərini ardınca minnət qoymayan və əziyyət etməyən kəslərin mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməzlər.