Bəqərə Surəsi 264. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!
Elmir Quliyev :
О те, которые уверовали! Не делайте ваши подаяния тщетными своими попреками и оскорблениями, подобно тому, кто расходует свое имущество ради показухи и не веруют при этом в Аллаха и в Последний день. Притчей о нем является притча о гладкой скале, покрытой слоем земли. Но вот выпал ливень и оставил скалу голой. Они не властны ни над чем из того, что приобрели. Аллах не ведет прямым путем неверующих людей.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha axirət gününə inanmayan şəxs kimi, siz sədəqələrinizi minnət qoyaraq əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allaha yəvm'il axıra inanmayaraq malını insanlara riya (göstəriş) üçün infaq edən (verən) adam kimi sədəqələrinizi minnətlə əziyyət verərək batil etməyin (puç etməyin). Onun məsəli üzərində torpaq olan sərt bir qayaya bənzəyər ki, üzərinə qüvvətli bir yağış yağdığı zaman (üzərindəki torpağı yuyub apararaq) onu (təkrar) sərt bir qaya halına salması kimidir. Onlar qazandıqlarından bir şey əldə edə bilməzlər. Allah kafirlər qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Batil etməyin sədaqətlərinizi minnət əziyyətlə, o kəs kimi ki, infaq edir malını riya ilə insanlara inanmır Allah ilə günü ilə axırın. Məsəli onun qaya məsəli kimidir ki, üzərində torpaq var. Isbat edər ona gur yağış tərk edər onu çılpaq halda. Qadir olmazlar bir şeyə kəsb etdiklərindən Allah hidayət etməz kafir qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq camaata göstərmək məqsədi ilə xərcləyən Allaha axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş sonra leysan yağışın yağıb onu təmiz (torpaq bitkisiz) bir daş halına saldığı möhkəm hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha axirət gününə inanmadığı halda (özünü) insanlara göstərmək üçün malını xərcləyən kimsətək siz sədəqələrinizi başa qaxaraq qəlb qıraraq hədər etməyin. Beləsinin halı üstündə bir az torpaq olan məruz qaldığı şiddətli yağışın çılpaq hala saldığı bir qayanın halı kimidir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Allah kafirlər qövmünü hidayətə yetirməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! öz malını insanlar qarşısında riyakarlıq göstərməklə sərf edənlər, Allaha axirət gününə inanmayanlar kimi siz öz sədəqələrinizi minnət qoymaqla incitməklə batil etməyin. Bunun məsəli torpaqla örtülən bir qayanın məsəlinə bənzər ki, üzərinə şiddətli yağış yağan kimi onu çılpaq qoyar. Onlar qazandıqları bir şeyə sahib olmazlar. Axı Allah kafir camaatı düz yolla aparmır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allaha son günə inanmadığı halda malını insanlara göstərmək üçün xərcləyən kimsə kimi, minnət qoyaraq əziyyət edərək sədəqələrinizi puç etməyin. Onun halı, üstündə bir az torpaq olan, üstünə bir leysan yağdıqda leysanın çılpaq qoyduğu qayanın halı kimidir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Allah, kafirlər qövmünü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər qövmünü] doğru yola yönləndirməz.