Bəqərə Surəsi 265. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mallarını Allahın razılığını qazanmaq nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şid-dətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Mallarını Allahın razılığını qazanmaq nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh ona kifayət edər). Həqiqətən, Allah etdiyinizi (bütün əməllərinizi) görəndir!
Elmir Quliyev :
Притчей о тех, которые расходуют свое имущество, чтобы снискать довольство Аллаха и укрепить себя, является притча о саде на холме. Если его оросит ливень, он приносит плоды вдвойне. Если же его не оросит ливень, то ему бывает достаточно моросящего дождя. Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Allahın rizasını qazanmaq içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh (ona kifayət edər). Allah sizin etdiyinizi görür.
Kerbelayi Malik ağa:
Allahın rizasını tələb edərək (istəyərək) öz nəfslərində (bunu) sabitqədəm edərək (möhkəmləndirərək) mallarını infaq edənlərin məsəli münbit bir təpə üzərində olan bağçaya bənzəyər ki, ona qüvvətli bir yağış yağdığı zaman məhsulunu ikiqat verər. Hətta qüvvətli bir yağış yağmasa, narın yağsa belə. Allah etdiklərinizi ən yaxşı görəndir.
Ələsgər Musayev:
məsəli o kəslərin ki, infaq edirlər mallarını Allahın razılığına çalışaraq sabit etmək üçün nəfslərini, hündür təpədə yerləşən bağ məsəli kimidir ki, isbat edər ona gur yağış onun məhsulunu iki qat artırar. əgər isbat etməzsə ona gur yağış onda narın yağış. Allah ilə ki, əməldəsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Mallarını Allahın razılığını qazanmaq ruhlarını (iman əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir.
Kövsər Tağıyev:
Allahın razılığını qazanmaq arzusu ilə qəlbən mütməin olaraq mallarını Allah yolunda xərcləyənlər yüksək bir yerdəki gözəl bir bağça kimidir ki, (oraya) bol yağış düşdükdə ikiqat məhsul verir. Əgər bol yağış düşməsə belə, çiskin ona kifayət edər. Allah etdiklərinizi haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın razılığını qazanmaq ürəklərindəki (inamı) möhkəmləndirmək üçün mallarını sərf edənlər isə təpə üzərindəki bağa bənzəyirlər; ona şiddətli yağış düşsə, ikiqat bəhrə verər. Əgər bol yağış olmasa, onda şeh (kifayətdir). Allah etdiklərinizi görür.
Sabirə Dünyamalıyeva:
Allahın razılığını qazanmaq özlərini möhkəmləndirmək üçün xərcləyənlərin/başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edənlərin halı da üstünə bol yağış yağıb ikiqat məhsul verən, məhsuldar torpaqdakı bir bağçanın halına bənzəyər. Belə bir bağçaya bol yağış yağmasa da bir çiskin [kifayət edər]... Allah sizin etdiklərinizi ən yaxşı görəndir.