Əlixan Musayev:
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar: “Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” – deyirlər. (Ya Rəsulum!) De: “Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi isə Öz hidayətinə (Özünün doğru yolu olan islam dininə) qovuşdurur”.
Elmir Quliyev
:
Неверующие говорят: "Почему ему не ниспослано знамение от его Господа?" Скажи: "Аллах вводит в заблуждение того, кого пожелает, и ведет прямым путем тех, кто обратился к Нему с покаянием".
Ələddin Sultanov:
Kafirlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. De ki: “Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, Ona yönələn kimsəni də hidayətə (İslama) çatdırar”.
Kerbelayi Malik ağa:
Kafirlər: ‘Ona Rəbbi tərəfindən bir ayə (möcüzə) endirilməli deyilmi?’ deyərlər. De ki: ‘Şübhəsiz ki, Allah dilədiyi kimsəni dəlalətdə buraxar və Ona yönələn kimsəni Özünə hidayət edər.’
Ələsgər Musayev:
Deyirlər o kəslər ki, kafirdirlər: «Nazil olmalı deyilmi ona Rəbbi tərəfindən ayət?» De: «Həqiqətən, Allah zəlalətdə tərk edir kimi istəsə və hidayət edir Özünə tərəf kim ki, qayıdıb».
A.Mehdiyev və D.Cəfərli:
Və küfr edən kəslər (məsxərə məqsədilə) «nə üçün ona Rəbbi tərəfindən (bizim ürəyimiz istəyən, yaxud Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?» deyirlər. De: «Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir».
Kövsər Tağıyev:
İnkar edənlər deyirlər ki: “Ona (Muhammədə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De ki: “Şübhəsiz, Allah dilədiyini sapdırar, Ona üz tutanı da doğru yola yönəldər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər deyirlər: "Ona Rəbbindən bir möcüzə nazil edilə bilməzdimi?" De: "Həqiqətən, Allah istədiyi kəsi yolundan azdırar və (Allaha) üz tutanları isə Öz düz yoluna yönəldər".
Sabirə Dünyamalıyeva:
Yenə o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] deyirlər: