Əlixan Musayev:
Sonra Qiyamət günü (Allah) onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!”
Bünyadov-Məmmədəliyev:
Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: “Barələrində (möminlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?” – deyə soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və möminlər) isə: “Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!” – deyəcəklər.
Elmir Quliyev
:
А потом, в День воскресения, Он опозорит их и скажет: "Где же Мои сотоварищи, о которых вы спорили?" Те, которым было даровано знание, скажут: "Воистину, сегодня неверующих постигнут позор и зло".
Ələddin Sultanov:
Sonra qiyamət günü Allah onları rəzil edib belə deyəcəkdir: “Barələrində (möminlərlə) mübahisə etdiyiniz şəriklərim (bütləriniz) haradadır?” Elm verilmiş kəslər isə belə deyəcəklər: “Həqiqətən, bu gün kafirlər üçün rəzillik və pislik (əzab) vardır”.
Kerbelayi Malik ağa:
Sonra qiyamət günü (Allah) onları alçaldacaq (rəzil, rüsvay edəcək). Onlara: ‘Şəriklərim haradadır?’ deyəcək. ‘Onlar üçün ayrılığa düşdünüz.’ Elm verilmiş kəslər belə dedi: ‘Şübhəsiz ki, rəzillik və əzab bu gün kafirlər üçündür.’
Ələsgər Musayev:
Sonra qiyamətin günündə onları rüsvay edəcək və
deyəcək: «Haradadır Mənim şəriklərim - o kəslər ki, onlardan
ötrü mübahisə edirdiniz?» O kəslər ki, elm verilib, deyəcəklər:
«Həqiqətən, bu gün kafirlər üçün rüsvayedici və pis gündür!
A.Mehdiyev və D.Cəfərli:
Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».
Kövsər Tağıyev:
Sonra qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək ki: “Uğrunda mücadilə etdiyiniz şəriklərim haradadır?” Elm verilənlər isə belə deyərlər: “Bu gün rüsvayçılıq, zəlillik və pislik kafirlərədir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra O, qiyamət günü onları rüsvay edərək deyəcək: "Haqqında mübahisə etdiyiniz şəriklərim hanı?" Özlərinə bilik bəxş olunanlar isə: "Bu gün rüsvayçılıq və pislik kafirlərədir" - deyəcəklər.
Sabirə Dünyamalıyeva:
Sonra qiyamət günü Allah onları rüsvay edəcək və "Uğrunda düşmənçilik etdiyiniz şəriklərim haradadır?" deyəcək. Özlərinə elm verilmiş olan kəslər: "Şübhəsiz ki, bu gün kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] rüsvayçılıq və pislik var" deyəcəklər.