Əlixan Musayev:
Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar.
Bünyadov-Məmmədəliyev:
Biz (Nuha) belə vəhy etdik: “Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Çünki onlar suya qərq olacaqlar.
Elmir Quliyev
:
Мы внушили ему откровение: "Сооруди ковчег у Нас на Глазах согласно Нашему откровению. А когда явится Наше веление, и вода забьет фонтаном из печи, то погрузи на него по паре всего живого, а также свою семью, кроме тех, о чьей гибели уже было ниспослано Мое веление. И не проси Меня за тех, которые поступали несправедливо. Они будут потоплены.
Ələddin Sultanov:
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
Kerbelayi Malik ağa:
Beləcə Biz Ona vəhy etdik: ‘Gözümüzün önündə və vəhyimizlə bir gəmi düzəlt. Beləcə əmrimiz gəldiyi və tənnur qaynadığı zaman dərhal hər canlıdan iki dənə və əhlini gəmiyə mindir. Onlardan haqqlarında bir söz (hökm) keçənlər istisna olmaqla. Zülm edənlər haqqında Mənə xitab etmə (onlar üçün bağışlanma istəmə). Şübhəsiz ki, onlar boğulacaqlar’.
Ələsgər Musayev:
Vəhy etdik ona
ki, Bizim gözlərimizlə və Bizim vəhyimizlə gəmi düzəlt. Onda
ki, Bizim əmrimiz gəldi, fəvvarə tənnur etdi, yerləşdir onda
küllisindən iki cütnən ikisini və öz əhlini, ancaq kim keçmiş
üzərində onun söz onlardan. Xitab etmə Mənə o kəslərdə ki,
zalimdirlər. Həqiqətən, onlar qərq olacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə ona vəhy etdik ki, gəmini Bizim hüzurumuzda və Bizim vəhyimiz ilə (Bizim verdiyimiz quruluş əsasında) düzəlt. Bizim əmrimiz (kafirlər barəsindəki qəti hökmümüz) çatanda və təndirdən su qaynayan zaman hər heyvandan bir-birinin cütü olan iki dənə (bir dişi və bir erkək) və öz(ünün iman gətirənlərdən ibarət iman) ailəni – (məhvi) barəsində əvvəlcədən hökmümüz verilmiş kəs (zövcən və oğlanlarından biri) istisna olmaqla – həmin gəmiyə mindir və Mənimlə zülm etmiş kəslər barəsində danışma (vasitəçilik etmə). Çünki onlar (suda) batmağa məhkumdurlar.
Kövsər Tağıyev:
Nəhayət Nuha: “Bizim nəzarətimizdə və vəhyimiz üzrə o gəmini düzəlt”, – deyə vəhy etdik. Bizim əmrimiz gəlib təndir qaynamağa başladıqda (sular aşıb-daşdığı zaman Nuha) dedik ki: “Hər canlıdan (erkək və dişi olmaqla) bir cüt, bir də əleyhində daha əvvəl hökm verilənlər xaric, ailəni gəmiyə mindir və zülm edənlər barəsində mənə yalvarma! Şübhəsiz, onlar suda boğulacaqlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona vəhy etdik: "Nəzarətimiz altında və vəhyimizlə gəmi düzəlt. Əmrimiz gələndə və təndirdən [yerdən] su qaynayıb çıxanda hər canlıdan bir cüt [erkək və dişi] və haqqında qabaqcadan (ölüm) hökmü verilmiş kəslər istisna olmaqla öz ailəni oraya mindir və haqsızlıq edənlər barəsində mənə ağız açma. Onlar, şübhəsiz, suya qərq ediləcəklər.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Biz ona: "Bizim nəzarətimiz altında və vəhyimiz ilə gəmini düzəlt. Sonra Bizim əmrimiz gəldiyi və təndir qaynadığı zaman, hər növdən cütlük halında iki dənə və həmçinin, daha əvvəl əleyhlərində Söz verilmiş olanlar xaricində öz ailəni, yaxınlarını, inananlarını gəmiyə mindir. Şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlər barədə Mənə müraciət etmə. Şübhəsiz ki, onlar boğulanlardır; qəti surətdə suda boğulub öləcəklər.