Əlixan Musayev:
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!
Elmir Quliyev
:
Если бы все деревья земли стали письменными тростями, а за морем чернил находилось еще семь морей, то не исчерпались бы Слова Аллаха. Воистину, Аллах — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Əgər yer üzündə olan ağaclar qələm olsaydı və dənizlər (mürəkkəb olsaydı) və ondan sonra, onun yeddi misli belə dəniz əlavə olunsaydı, Allahın sözləri tükənməzdi. Şübhəsiz ki, Allah Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Və əgər ərzdə olan ağaclar qələm olsa və
dənizlər onun mürəkkəbi, bunun ardınca yeddi dəniz buna
qatılsa, yenə də tükənməz Allahın kəlmələri. Həqiqətən, Allah
Əzizdir, Həkimdir
A.Mehdiyev və D.Cəfərli:
Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur).
Kövsər Tağıyev:
Əgər yer üzündəki ağaclar qələm, dəniz də mürəkkəb olsa, ardından ona yeddi dəniz qatılsa, Allahın sözləri (yazmaqla) yenə də tükənməz. Şübhəsiz, Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzündəki bütün ağaclar qələm olsa və dəryaya özündən başqa yeddi dərya qatılsa belə Allahın kəlamları tükənməz. Həqiqətən, Allah qüdrət, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Və əgər, şübhəsiz, yer üzündə ağac adına nə varsa qələm olsa, dəniz də ardınca yeddi dərya əlavə edilərək onun mürəkkəbi olsa, Allahın sözləri tükənməz. Şübhə yox ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.