Səcdə Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ bunu görmürlər?
Bünyadov-Məmmədəliyev:
Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının özlərinin yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdiririk? Məgər (bütün bunları öz gözləri ilə) görmürlər?
Elmir Quliyev :
Неужели они не видят, что Мы пригоняем воду к сухой земле и выводим посредством нее посевы, которыми питаются их скот и они сами? Неужели они не видят этого?
Ələddin Sultanov:
Məgər onlar, qupquru yerə suyu çatdırıb onunla (torpaqdan) həm heyvanlarının, həm özlərinin yedikləri əkinləri çıxartdığımızı görmədilərmi? Hələ (haqqı) görmürlərmi?
Kerbelayi Malik ağa:
Onlar suyu quraq əraziyə necə göndəririk görmədilərmi? Beləcə oradan əkinlər çıxararıq, ondan heyvanları onlar yeyərlər. Hələ görmürlərmi?
Ələsgər Musayev:
Ə, görmədilərmi, Biz axıdırıq suyu otsuz əraziyə tərəf xaric edirik onunla əkinlər, yeyələr ondan davarları öz nəfsləri? Ə, görməzlərmi?
A.Mehdiyev və D.Cəfərli:
Məgər görmədilərmi ki, Biz suyu (yağış, çay, çeşmə bulaq şəklində) otsuz yerə tərəf axıdıb, onun vasitəsilə heyvanlarının özlərinin yedikləri əkinlər yetişdiririk?! Məgər (onlar bütün bunları öz gözləri ilə qəlblərinin gözü ilə) görmürlərmi?!
Kövsər Tağıyev:
Görmədilərmi ki, Biz yağmuru qupquru yerə göndərib onunla heyvanlarının özlərinin yeyəcəyi əkinlər çıxarırıq. Hələ görmürlərmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Bizim suyu quru torpağa göndərib onunla heyvanların özlərinin yedikləri bitkiləri bitirdiyimizi görmürlərmi? Bəsirət gözləri ilə bir baxmazlarmı?!
Sabirə Dünyamalıyeva:
Yaxud da, Bizim quraq yerə suyu göndərib onunla heyvanların özlərinin yediyi əkini çıxarmağımızı da görmədilər? Hələ görmürlər?