Fəth Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, (bəziləriniz saçlarını) qısaltmış halda qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə bəxş edəcəkdir.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə bir işə girişməzdən əvvəl mütləq “inşallah” demək lazımdır!)
Elmir Quliyev :
Воистину, Аллах показал Своему Посланнику правдивый сон (или Аллах доподлинно исполнит сон, который увидел Его Посланник). Вы непременно войдете в Заповедную мечеть, если пожелает Аллах, будучи в безопасности. Вы побреете головы и подстрижетесь, не испытывая страха. Он знал то, чего вы не знали, и предопределил перед этим близкую победу.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah Peyğəmbərinin röyasını həqiqətə çevirdi. Siz inşallah əmin-amanlıq içində, başlarınızı qırxdırmış saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl sizə yaxın bir zəfər bəxş etmişdi. (Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Hüdeybiyyə səfərinə çıxmadan əvvəl röyasında özünün səhabələrin əmin-amanlıq içində başlarını qırxdıraraq Məkkəyə girdiklərini görmüş bunu səhabələrə bildirmişdi. Onlar da buna çox sevinmişdilər. Lakin Məkkəyə girə bilməyib Hüdeybiyyədən geri qayıtdıqları zaman buna çox kədərlənmişdilər. Ancaq bunda bir hikmətin olduğu bildirilmiş Məkkənin fəthinin mütləq gerçəkləşəcəyi ifadə edilərək daha əvvəlki Xeybər fəthi xatırladılmışdır.)
Kerbelayi Malik ağa:
And olsun ki, Allah Rəsulunun yuxusunun haqq olduğunu təsdiq etdi. Allah diləsə, siz mütləq Məscidi Harama əmin-amanlıqla, başlarınızı qırxdırmış (saçlarınız) qısaldılmış olaraq qorxmadan girəcəksiniz. Lakin Allah sizin bilmədiklərinizi bildiyi üçün bundan başqa (daha əvvəl) sizə yaxın bir fəth nəsib etdi.
Ələsgər Musayev:
Əlbəttə, doğru etdi Allah rəsulunun röyasını haqq ilə: «Daxil olacaqsınız qadağan olunmuş səcdə yerinə, əgər istəsə Allah, əminliklə, başınız qırxılmış gödəlmiş, xoflanmadan!» O bildi nəyi ki, siz bilmirdiniz bundan qabaq möhkəmləndirdi yaxın fəthi.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük dırnaqlarınızı qısaltmış halda (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu.
Kövsər Tağıyev:
And olsun, Allah peyğəmbərinin röyasını doğru çıxardı. Allah istəsə, siz əmin-amanlıqla, başlarınızı qırxmış ya saçlarınızı qısaltmış halda, qorxmadan Məscidi- Harama daxil olacaqsınız. Allah sizin bilmədiyinizi bildi sizə bundan başqa yaxın bir fəth verdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Öz peyğəmbəri üçün yuxusunun gerçəkliyini təsdiq etdi: "Siz (ey möminlər), inşaallah (bəziləriniz) başı qırxılı, (bəziləriniz saç-saqqalı) qısaldılmış halda, əmin-amanlıqla, qorxmadan mütləq Məscidül-Hərama daxil olacaqsınız." Allah sizin bilmədiklərinizi bildi bundan [məscidə girməzdən] qabaq yaxın bir qələbə bəxş etdi.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Allah, Elçisinə o görünüşü; "Siz, Allah istəsə, mütləq əmin-amanlıq içində başınızı qırxdırmış qısaltmış kəslər olaraq, qorxusuz Məscidülhərama daxil olacaqsınız" görünüşünü haqq olaraq gerçəkləşdirdi. Elə isə, Allah, sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan daha aşağı/daha yaxın bir fəth bəxş etdi.