Əlixan Musayev:
Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”– dediklərini görəydin!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!
Elmir Quliyev
:
Если бы ты только увидел их, когда их остановят перед Огнем. Они скажут: "О, если бы нас вернули обратно! Мы не считали бы ложью знамения нашего Господа и стали бы верующими!"
Ələddin Sultanov:
Alovun qarşısında dayandırıldıqları zaman: “Kaş biz (dünyaya) qaytarılaydıq, Rəbbimizin ayələrini yalanlamayaydıq və möminlərdən olaydıq!” – demələrini görəydin.
Kerbelayi Malik ağa:
Atəşin üzərində dayandırıldıqları zaman sən onların: ‘Kaş ki, biz geri qaytarılsaydıq, Rəbbimizin ayələrini yalanlamazdıq, möminlərdən olardıq.’ dediklərini bir görsəydin.
Ələsgər Musayev:
Əgər onları görərsən onda ki, od qabağında saxlanıblar və deyərlər: «Ay kaş, qaytaraydılar bizi və yalan saymayıb ayətlərilə Rəbbimizi və inananlardan olarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.
Kövsər Tağıyev:
Cəhənnəm odunun qarşısında dayandırılıb: “Ah, kaş ki, dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq”, – dedikləri zaman sən bir (onların halını) görəydin!
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onların cəhənnəm odu üzərinə qoyularkən, "Kaş ki, biz geri qaytarılaydıq, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq”- dediklərini görəydin!
Sabirə Dünyamalıyeva:
Və onlar atəşin üzərində saxlanıldıqda, "Ah, nə olardı, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" dediklərini bir görsən!