Bəqərə Surəsi 278. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər. Allahdan qorxun əgər möminsinizsə, sələmdən qalan faizi almayın.
Bünyadov-Məmmədəliyev:
Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)
Elmir Quliyev :
О те, которые уверовали! Бойтесь Аллаха и не берите оставшуюся часть лихвы, если только вы являетесь верующими.
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allahdan çəkinin əgər iman gətirmişsinizsə, faizdən qalanı (alacağınızı) tərk edin (almayın)!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allaha qarşı təqva sahibi olun. Əgər (gerçək) möminlərsinizsə, sələmdən qalan faizi almayın.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qorxun Allahdan əl çəkin ki, baqidir ribadan, əgər oldunuz inananlar!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allahdan qorxun əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinin həqiqətən, iman etmiş kimsələrsinizsə, faizdən (qazanc olaraq) qalanı tərk edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! Allahdan qorxun iman gətirənsinizsə sələm alacaqlarınızın qalanından əl çəkin.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Əgər möminsinizsə, Allahın mühafizəsi altına daxil olun sələmdən qalan [şeydən] əl çəkin.