Əlixan Musayev:
Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.
Bünyadov-Məmmədəliyev:
Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara (“Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!” kimi) xoş bir söz de!
Elmir Quliyev
:
Если ты отворачиваешься от них (если у тебя нет средств на пожертвования, и ты отказываешь тем, кто имеет на них право), желая обрести милость Аллаха, на которую ты надеешься, то говори с ними любезно.
Ələddin Sultanov:
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə! (Rəvayətə görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr Həzrət Peyğəmbərin yardımı ilə dolanırdılar. Həzrət Peyğəmbər, onlara veriləcək bir şeyi olmadığı zaman xəcalətindən onlara deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı ayə, belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.)
Kerbelayi Malik ağa:
Rəbbindən ümid etdiyin rəhməti istəyərkən, onlardan (məcbur qalaraq) üz çevirsən (bir şey verə bilməsən), o zaman onlara yumşaq söz söylə!
Ələsgər Musayev:
Nə vaxt ki, onlardan üz döndərsən, axtararaq rəhmət
Rəbbindən, hansı ki, gözləyirsən onu və de onlar üçün
müyəssər olan söz.
A.Mehdiyev və D.Cəfərli:
Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de.
Kövsər Tağıyev:
Əgər Rəbbindən ümidlə gözlədiyin bir rəhməti istəmək üçün onlardan üz döndərməli olsan, o zaman onlara yumşaq bir söz söylə.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sən öz Rəbbindən dilədiyin mərhəməti axtararaq onlardan üz döndərəsi olsan [onlara bir kömək edə bilməsən], onda onlara münasib bir söz de.
Sabirə Dünyamalıyeva:
Və əgər sən Rəbbindən dilədiyin bir lütfü istəyərək, qohuma, yoxsula və yolda qalmışa kömək etməyəcəksənsə, o halda onlara yumşaq və şirin/onları incitməyən bir söz söylə.