Əlixan Musayev:
İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
İnsanların, (yer üzündə gəzən) heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (möminləri) bağışlayandır!
Elmir Quliyev
:
Люди, животные и скот также бывают различных цветов. Боятся Аллаха среди Его рабов только обладающие знанием. Воистину, Аллах — Могущественный, Прощающий.
Ələddin Sultanov:
İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan qulları arasında yalnız alimlər (layiqincə) qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
Kerbelayi Malik ağa:
Bunun kimi insanlardan, davarlardan, heyvanlardan da müxtəlif rəngdə olanlar vardır. Ancaq qullarından alimlər Allaha qarşı huşu duyar. Şübhəsiz ki, Allah Əzizdir, Ğafurdur.
Ələsgər Musayev:
Insanlardan və canlılardan və
davarlardan müxtəlif əlvanlı. Belə! Həqiqətən, çəkinirlər
Allahdan Onun bəndələrindən yalnız alimlər. Həqiqətən, Allah
Əzizdir, Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.
Kövsər Tağıyev:
İnsanlardan (yer üzündə) hərəkət edən (digər) canlılardan və heyvanlardan bu cür müxtəlif rənglərdə olanlar var. Allaha qarşı ancaq qulları arasından alim olanlar dərin ehtiram duyarlar. Şübhəsiz, Allah mütləq güc sahibidir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlar, heyvanlar və mal-qara arasında da müxtəlif rənglisi vardır. Bəndələri içərisində ancaq alimlər [Allahın hökm və hikmətlərini bilənlər] Allahdan qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
İnsanlar, digər canlı varlıqlar və mal-qara arasında da bu cür müxtəlif rəngdə olanlar vardır. Bəndələri arasında Allah qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərənlər ancaq alimlərdir. Heç şübhəsiz ki, Allah çox güclüdür, çox bağışlayandır.