Mömin Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.
Elmir Quliyev :
Верующий муж из рода Фараона, скрывавший свою веру, сказал: "Неужели вы убьете человека за то, что он говорит: “Мой Господь Аллах”? Ведь он явился к вам с ясными знамениями от вашего Господа. Если он лжет, то его ложь навредит только ему самому. Если же он говорит правду, то вас поразит некоторое из того, что он вам обещает. Воистину, Аллах не ведет прямым путем того, кто излишествует и лжет.
Ələddin Sultanov:
Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Firon ailəsindən imanını gizlədən mömin bir adam belə dedi: ‘Bir adamı ‘Rəbbim Allahdır.’ dediyinə görəmi öldürəcəksiniz? O, Rəbbinizdən sizə dəlillər ilə gəldi. Əgər yalançı isə yalanı öz əleyhinədir. Əgər sadiq (doğru söyləyən) isə vəd etdiklərinin bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah çox yalan danışan, həddi aşan kimsəni hidayətə ərdirməz.’
Ələsgər Musayev:
Dedi inanan bir kişi Firaun ailəsindən, hansı ki, öz imanını gizlədirdi: «Ə, siz qətlə yetirəcəksiniz o kişini ki, deyir: “Rəbbim mənim Allahdır!” - gəldi sizə bəyanatlarla Rəbbinizdən? Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o sadiqdirsə, sizə yetişər bəzi odur ki, vəd verir sizə. Həqiqətən, Allah hidayət etməz o kəsi ki, israfkar yalançıdır!
A.Mehdiyev və D.Cəfərli:
Fironun ailəsindən olub imanını (onlardan) gizlədən mömin bir kişi dedi: «Məgər siz «mənim Rəbbim Allahdır» deməyə görə bir kişini, sizin üçün Rəbbiniz tərəfindən aydın dəlillər gətirdiyi halda öldürəcəksiniz?! Əgər o yalançı olsa, yalanı öz ziyanınadır. Əgər doğruçu olsa (dünya axirət əzablarından) vəd etdiyinin (ən azı) bir hissəsi sizə yetişər. Həqiqətən Allah israfçı yalançını hidayət etmir (və Musa doğruçu olduğu təqdirdə siz israfçı yalançısınız).»
Kövsər Tağıyev:
Firon ailəsindən imanını gizləyən mömin bir adam belə dedi: “Rəbbim Allahdır, dediyi üçün bir insanı öldürəcəksiniz? Halbuki o, sizə Rəbbinizdən açıq-aşkar möcüzələr gətirdi. Əgər yalançıdırsa, yalanı öz əleyhinədir. Əgər doğru deyirsə, sizi qorxutduğu şeylərin bir qismi başınıza gələcək. Şübhəsiz, Allah həddi aşan, yalançı kimsəni doğru yola yönəltməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Fironun nəslindən olub öz imanını gizlədən mömin bir adam dedi: "Siz bir adamı "Rəbbim Allahdır!" - dediyinə görə öldürəcəksiniz? O ki sizə Rəbbindən aydın dəlillər gətirib. Əgər o, yalançıdırsa, yalanı onun öz üzərinə, yox əgər doğru deyirsə, onda onun sizə vəd etdiklərinin bəzisi başınıza gələr. Həqiqətən, Allah həddini aşana, yalançıya düz yol göstərməz.
Sabirə Dünyamalıyeva:
Firon ailəsindən olub imanını gizlədən cəsur bir adam: "Bir adamı, ‘Rəbbim Allahdır’ dediyi üçün öldürəcəksinizmi? Halbuki o, həqiqətən sizə Rəbbinizdən dəlillərlə gəlmişdir. əgər o, bir yalançı olsa, bir görərsin ki, yalanı öz əleyhinə dönmüşdür. əgər doğru isə sizi təhdid etdiyi şeylərin bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah, həddini aşan bir yalançı adamı doğru yola yönəltməz.