Əhqaf Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bəs nəyə görə Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu onların iftiraları uydurmalarıdır.
Bünyadov-Məmmədəliyev:
Bəs üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri (bütlər) onlara kömək etmədi? Əksinə, (o tanrılar) onlardan uzaqlaşıb qeyb oldular. Bu, (Allaha yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz yalanları öz uydurmalarıdır.
Elmir Quliyev :
Почему же им не помогли, те божества, которым они поклонялись вместо Аллаха для того, чтобы приблизиться к Нему? Напротив, они скрылись от них. Вот их ложь и то, что они измышляли!
Ələddin Sultanov:
Bəs Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara yardım etməli deyildimi?! Əksinə, (o bütlər) onları qoyub getdilər. Bu, onların böhtanları uydurmalarıdır.
Kerbelayi Malik ağa:
Allahdan başqa (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etməli deyildimi? Xeyr (bütlər), onlardan uzaqlaşdılar. Bu, onların yalanları iftira etmiş olduqları şeydir.
Ələsgər Musayev:
Məgər yardım etməli deyildimi onlara o kəslər ki, götürmüşdülər Allahdan başqa yaxınlıq üçün ilahilər? Bəli! Zəlil oldular onlardan. Bu yalanlarıdır onların ki, oldular iftira edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Bəs üçün Allahın yerinə özləri üçün (Allaha) yaxınlaşmaq məqsədi ilə götürdükləri məbudlar (həmin əzablar nazil olan zaman) onlara kömək etmədilər, əksinə onların gözlərindən itdilər?! (Bəli,) onların yalan azğınlıqları(nın) uydurduqları(nın nəticəsi) bu idi.
Kövsər Tağıyev:
Allahı buraxıb Ona yaxınlıq qurmaq üçün tutduqları ilahlar onlara yardım etməli deyildimi!? Əksinə onları üzü üstə buraxaraq uzaqlaşıb getdilər. Bu, onların yalanı uydurduqları şeydir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəs nədən Allahı qoyub yaxınlaşmaq üçün seçdikləri tanrıları onlara kömək etmədi? O (tanrıları) isə əksinə, bunlardan uzaqlaşıb yox oldular. Bu, onların yalanı uydurmalarıdır.
Sabirə Dünyamalıyeva:
Elə isə, Allahın altındakılardan guya Ona yaxınlığa vəsilə kimi qəbul etdikləri saxta tanrılar, onların əzabını dəf etməyə kömək etməli deyildimi? Əksinə, o saxta tanrılar onlardan ayrılıb qeyb oldular. Bu, onların yalanlarıdır/uydurmaqda olduqları şeydir.