Əlixan Musayev:
Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram.
Bünyadov-Məmmədəliyev:
Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
Elmir Quliyev
:
Если ты протянешь ко мне руку, чтобы убить меня, я все равно не протяну руки, чтобы убить тебя. Воистину, я боюсь Аллаха, Господа миров.
Ələddin Sultanov:
Məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
Kerbelayi Malik ağa:
‘Həqiqətən, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan, mən səni öldürmək üçün əlimi sənə uzadacaq deyiləm. Şübhəsiz ki, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.’
Ələsgər Musayev:
Əgər açasan
mənə tərəf əlini qətl etmək üçün məni, mən açmaram əlimi
tərəfinə sənin qətl etmək üçün səni. Həqiqətən, mən xoflanıram
Allahdan – Rəbbindən aləmlərin.
A.Mehdiyev və D.Cəfərli:
«Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram».
Kövsər Tağıyev:
“And olsun! Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən səni öldürmək üçün əlimi sənə uzadacaq deyiləm. Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
And olsun ki, sən məni öldürmək üçün mənə əl qaldırsan belə, səni öldürmək üçün mən sənə əl qaldırmaram. Axı mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
Sabirə Dünyamalıyeva:
Sən, məni öldürmək üçün əlini mənə uzatsan da, mən əlimi, səni öldürmək üçün uzadan deyiləm [mən əlimi, səni zərərsizləşdirmək üçün uzadaram]. Şübhəsiz ki, mən aləmlərin Rəbbi Allahdan qorxuram.