Bəqərə Surəsi 282. Ayə - Bütün Tərcümələr

Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın yazsın! Borclu olan şəxs söyləyərək yazdırsın Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün şübhəyə düşməməniz üçün daha uy­ğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah de­yildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə şahidə zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir! (“Müdayinə ayəsi” olaraq adlandırılan bu ayə, Quranın ən uzun ayəsidir.Bu ayə borc alıb-vermə müqaviləsi ilə bağlı qaydaları ətraflı olaraq müəyyənləşdirmişdir. Şahidlik məsələsinə gəldikdə, qadın yaradılış etibarilə kişiyə nisbətlə daha çox həyalı, utancaq duyğuları güclü olduğu üçün Allah-Təala bir kişi əvəzində iki qadının şahid olmasını əmr etmişdir ki, onlardan biri unudar, yaxud şahidlik etməkdən çəkinərsə, digəri ona xatırlatsın.)
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ من رِّجَالِكُمْ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ وَإِن تَفْعَلُواْ فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُواْ اللّهَ وَيُعَلِّمُكُمُ اللّهُ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
Əlixan Musayev:
Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun borcdan heç əskiltməsin. Əgər borc alan ağıldan zəif ya acizdirsə yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun (etibarlı) yaxın adamı (borcu) ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi iki qadını (şahid tutun) ki, (qadınlardan) biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, (həmin məbləği və) onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə şahidə zərər verilməməlidir. Əgər (zərər) yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız zəifdirsə (qoca ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nağd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!
Elmir Quliyev :
О те, которые уверовали! Если вы заключаете договор о долге на определенный срок, то записывайте его, и пусть писарь записывает его справедливо. Писарь не должен отказываться записать его так, как его научил Аллах. Пусть он пишет, и пусть берущий взаймы диктует и страшится Аллаха, своего Господа, и ничего не убавляет из него. А если берущий взаймы слабоумен, немощен или не способен диктовать самостоятельно, пусть его доверенное лицо диктует по справедливости. В качестве свидетелей призовите двух мужчин из вашего числа. Если не будет двух мужчин, то одного мужчину и двух женщин, которых вы согласны признать свидетелями, и если одна из них ошибется, то другая напомнит ей. Свидетели не должны отказываться, если их приглашают. Не тяготитесь записать договор, будь он большим или малым, вплоть до указания его срока. Так будет справедливее перед Аллахом, убедительнее для свидетельства и лучше для избежания сомнений. Но если вы заключаете наличную сделку и расплачиваетесь друг с другом на месте, то на вас не будет греха, если вы не запишите ее. Но призывайте свидетелей, если вы заключаете торговый договор, и не причиняйте вреда писарю и свидетелю. Если же вы поступите так, то совершите грех. Бойтесь Аллаха Аллах обучает вас. Аллах ведает о всякой вещи.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın yazsın! Borclu olan şəxs söyləyərək yazdırsın Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün şübhəyə düşməməniz üçün daha uy­ğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah de­yildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə şahidə zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir! (“Müdayinə ayəsi” olaraq adlandırılan bu ayə, Quranın ən uzun ayəsidir.Bu ayə borc alıb-vermə müqaviləsi ilə bağlı qaydaları ətraflı olaraq müəyyənləşdirmişdir. Şahidlik məsələsinə gəldikdə, qadın yaradılış etibarilə kişiyə nisbətlə daha çox həyalı, utancaq duyğuları güclü olduğu üçün Allah-Təala bir kişi əvəzində iki qadının şahid olmasını əmr etmişdir ki, onlardan biri unudar, yaxud şahidlik etməkdən çəkinərsə, digəri ona xatırlatsın.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Bir-birinizə müəyyən bir müddətə qədər borc verdiyiniz zaman onu yazın (sənəd düzəldin). Aranızda bir katib onu ədalətlə yazsın. Katib Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, eyni şəkildə yazsın. Üzərində haqq olan (borclu) da yazdırsın. Rəbbi olan Allaha qarşı təqva sahibi olsun (və əmrlərindən çəkinsin) ondan bir şey əskiltməsin. Lakin əgər üzərində haqq olan (borclu) olan adam səfeh (ağlı çatmayan) ya zəif (kiçik, gücsüz) isə ya özü onu (söyləyib) yazdıra bilməyəcək bir vəziyyətdə isə, o təqdirdə vəlisi (yaxın adamı) onu ədalətlə yazdırsın. Kişilərdən iki nəfəri şahid tutun. Lakin əgər iki kişi olmazsa, o zaman şahidlərdən razı olacağınız bir kişi iki qadını (şahid) tutun ki, ikisindən biri unutsa o təqdirdə, digəri ona xatırladar. Şahidlər çağırıldıqları zaman (şahidlikdən) boyun qaçırmasınlar. Borc az da olsa, çox da olsa vədəsinə qədər onu yazmaqdan usanmayın. Bu Allahın dərgahında ən ədalətli şahidlik üçün daha düzgün, şübhə etməməyiniz üçün ən yaxın olandır (ən uyğun olandır). Ancaq aranızda dövr edən nağd bir ticarətdirsə, o zaman bunu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz zaman da şahid tutun. Katibə (yazıçıya) şahidlərə bir zərər verilməsin. Əgər bunu etsəniz (bir zərər versəniz), bundan sonra o mütləq sizin üçün bir fisq olar. Allaha qarşı təqva sahibi olun. Allah sizə öyrədir. Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, öz aranızda borc götürürsünüz müəyyən müddətə onda yazın onu! gərək yazan da yazsın aranızda ədalətlə! Gərək imtina etməsin yazan yazmağa, qədər, öyrədib onu Allah. Gərək o, yazsın gərək söyləsin o kəs ki, üzərində haqq var! Gərək qorxsun Allahdan Rəbbindən əskiltməsin ondan bir şey! Əgər o kəs ki, üzərində haqq var, səfeh, ya zəif olarsa, ya söyləməyə qadir deyilsə onda gərək söyləsin onun vəlisi ədalətlə! Şahid tutun özünüzdən iki nəfər şahid kişi! əgər olmasa iki kişi onda kişi iki qadın ki, onlara siz razısınız, qədər, şahid kimi. Ondan ötrü ki,əgər çaşarsa biri, o birisi yadına salsın onun! gərək imtina etməsinlər şahidlər, onda ki, onları çağırırlar gərək siz süstlük etməyəsiniz onu yazanda - kiçik ya böyük olsa da öz vaxtına qədər! Bu insaflıdır Allah yanında düzgündür şəhadət üçün yaxındır ki, şübhəyə düşməyəsiniz. Ancaq ki, əgər olarsa bu hazır ticarət, hansı ki, siz müraciət edirsiniz öz aranızda onda yoxdur üzərinizdə günah ki, yazmayasınız onu! tutun şahidləri onda ki, beyləşirsiniz. Gərək zərər yetirilməsin yazana şahidə. Əgər edəsiniz bu fəaliyyəti, onda bu sizdə fisqdir. Qorxun Allahdan! Öyrədir sizi Allah Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (borc almaq ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar katibə şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik günahdır. Allahdan qorxun! Allah sizi öyrədir Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Müəyyən müddətə bir-birinizə borc alıb verdiyiniz zaman bunu yazın. Aranızda bir katib ədalətlə yazsın. Katib Allahın ona öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmasın, (hər şeyi olduğu kimi doğru-düzgün) yazsın. Üzərində haqq olan (borclu) da yazdırsın Rəbbi olan Allahdan qorxub çəkinsin ki, borcdan heç bir şeyi əskik etməsin (hamısını tam yazdırsın). Əgər borclu ağılsız ya zəif bir kimsədirsə ya da yazdıra bilmirsə, vəlisi ədalətlə yazdırsın. (Buna) şahidliklərinə güvəndiyiniz iki kişini, əgər iki kişi olmazsa, bir kişi iki qadını şahid tutun. Bu, onlardan biri unudarsa, digərinin ona xatırlatması üçündür. Şahidlər çağırıldıqları zaman (gəlməkdən) boyun qaçırmasınlar. Az ya çox olmasından asılı olmayaraq borcu öz müddətinə qədər yazmağa ərinməyin. Bu, Allah qatında ədalətə daha uyğun, şahidlik baxımından daha güclü, şübhəyə düşməməniz üçün daha münasibdir. Ancaq aranızda o an alıb verdiyiniz nağd ticarət olarsa, onu yazmamanızdan ötrü sizə bir günah yoxdur. Alış-veriş etdiy zaman da şahid tutun.Yazana da, şahidə bir zərər verilməsin. Əgər əksini edərsinizsə, bu, sizin üçün günahkarca bir davranış olar. Allaha qarşı gəlməkdən çəkinin. Allah sizə öyrədir. Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! Əgər müəyyən bir müddətə borc götürsəniz, onu qeyd edin qoy aranızda bunu ədalət naminə bir katib qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi qeyd etməkdən boyun qaçırmamalıdır. Üzərinə borc götürəndə qeyd etdirsin, Rəbbi olan Allahdan qorxsun ondan [borcdan] heç qeyd etdirməsin. Üzərində borc olan ağılsız ya halsızdırsa, yaxud özü qeyd etdirə bilmirsə, onda onun yaxın adamı ədalətlə qeyd etsin. Kişilərinizdən iki şahid çağırsın. Əgər olmasa, onda bir kişi şahidliklərinə razısınızsa, iki qadın olar ki, biri çaşsa, o biri onun yadına salar. Çağırılarkən şahidlər boyun qaçırmasınlar. Az ya çox olsun, onu öz vədəsinə görə qeyd etməkdən usanmasın. Bu, Allah qarşısında daha ədalətli, şahidlik üçün daha düzgün şübhəyə düşməməniz üçün daha münasibdir. (Burada) aranızda gedən nağd alış-veriş istisnadır; bu halda onu qeyd etməsəniz, sizə günah düşmür. Sövdələşəndə şahid çağırın. katib, şahid zərər çəkməməlidir. Əgər (bunu) etsəniz, sizin üçün pis əməl sayılar. Allahdan qorxun! Sizi Allah öyrədir Allah hər şeyi bilir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Əvvəlcədən müəyyənləşdirilmiş bir müddətə [qədər] borc alıb verdikdə onu dərhal yazın. Aranızda bir katib ədalətlə yazsın. o katib, Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın. Boynunda haqq olan kəs söyləyib yazdırsın Rəbbi olan Allaha təqvalı davransın ondan [haqqdan] bir şey əskiltməsin. Əgər haqq öz əleyhinə olan adam [borclu] ağlı kəsməyən yaxud zəif biri isə yaxud şəxsən söyləyib yazdırmağa gücü çatmayan biri isə, qəyumu ədalətlə söyləyib yazdırsın. Kişilərinizdən iki nəfəri yaxşı şahid tutun. Əgər iki kişi şahid olmasa, o zaman bir kişi ilə iki qadın olsun; iki qadının olmağı, bunlardan biri yanılsa, unutsa, digərinin xatırlaması üçündür. - Şahidlər, razı qalacağınız, yaxşı şahidlik edəcək kəslərdən olsun.- Şahidlər dəvət edildiyi zaman, boyun qaçırmasınlar. Siz, kiçik ya böyük [borcu] müddətinə qədər yazmağa ərinməyin. Bu, Allah yanında daha haqqaniyetlidir, şahidlik baxımından daha möhkəm, şübhəyə düşməmək baxımından daha əlverişlidir. Aranızda dərhal dövr edən bir ticarət istisnadır; onu yazmaqda sizin üçün günah yoxdur. Alış-veriş etdiyiniz vaxt yenə şahid tutun. Yazan şahidlik edən bir zərər görməsin. Əgər belə etsəniz [onlara zərər versəniz], şübhəsiz o, sizin üçün bir fisq [günah] olar. Allaha da təqvalı davranın. Allah sizə öyrədir Allah, hər şeyi ən yaxşı biləndir.