Bəqərə Surəsi 286. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
Bünyadov-Məmmədəliyev:
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
Elmir Quliyev :
Аллах не возлагает на человека сверх его возможностей. Ему достанется то, что он приобрел, и против него будет то, что он приобрел. Господь наш! Не наказывай нас, если мы позабыли или ошиблись. Господь наш! Не возлагай на нас бремя, которое Ты возложил на наших предшественников. Господь наш! Не обременяй нас тем, что нам не под силу. Извини нас, прости нас и помилуй! Ты наш Покровитель. Помоги же нам одержать верх над неверующими людьми.
Ələddin Sultanov:
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. Kafirlər qövmünə qarşı bizə yardım et!”
Kerbelayi Malik ağa:
Allah kimsəni gücünün çatdığından başqasıyla mükəlləf etməz (məsul tutmaz). Qazandığı (dərəcələr) onundur qazandığı (mənfi dərəcələr) onundur (məsuliyyəti onun üzərindədir). Rəbbimiz! Əgər unutduqsa ya xəta etdiksə bizi sorğuya çəkmə. Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizim üzərimizə ağır yük yükləmə. Rəbbimiz, güc çatdıra bilməyəcəyimiz şeyi bizə yükləmə. Bizi əfv məğfirət et bizə rəhmət et. Sən bizim Mövlamızsan. Artıq kafirlər qövmünə qarşı bizə yardım et.
Ələsgər Musayev:
Yükləməz Allah bir nəfsi, ancaq onun qüvvəsində. Onun üçündür kəsb edib onun əleyhinədir kəsb edib. «Rəbbimiz! Cəzalandırma bizi, əgər unudarıqsa, ya xəta edəriksə. Rəbbimiz! Yükləmə üzərimizə ağırlığı, qədər yüklədin üzərinə o kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz! Yükləmə bizə, ki, yoxdur taqətimiz bizim ona! Əfv et bizdən bağışla bizim üçün rəhm et bizə! Sən bizim Mövlamızsan yardım et bizə üzərində kafir qoumun!»
A.Mehdiyev və D.Cəfərli:
Allah heç bir kəsin boynuna güc qüvvəsindən artıq vəzifə qoymur. Kim xeyir görübsə öz xeyrinə, pis görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et».
Kövsər Tağıyev:
Allah bir kimsəni ancaq gücünün çatdığı şeylə mükəlləf edər. Onun qazandığı yaxşılıq öz xeyrinə, pislik öz zərərinədir. (Belə dua edin): “Ey Rəbbimiz! Unutsaq ya da yanılsaq, bizi məsul tutma! Ey Rəbbimiz! Bizə bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün yetmədiyi şeyləri yükləmə! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Mövlamızsan. Kafirlər qövmünə qarşı bizə kömək et!”
M.Qənioğlu və T.Bilaloğlu:
Allah hər kəsin üzərinə ancaq onun gücü çatan yükü qoyur. Hər kəs öz xeyrinə olanları da, öz zərərinə olanları da özü qazanar. (Deyin): Rəbbimiz, əgər unutsaq ya xəta etsək, bizi günahlandırma. Rəbbimiz, bizdən əvvəlkilərin üzərinə qoyduğun kimi bizim üzərimizə ağır bir yük qoyma! Rəbbimiz, gücümüz çatmayanı da üzərimizə qoyma! Bizi əfv et, bizi bağışla, bizə mərhəmət göstər! Sən bizim mövlamızsan [ixtiyar sahibisən]. Kafir camaata qarşı bizə kömək et!"
Sabirə Dünyamalıyeva:
Ey Rəbbimiz! Əgər tərk etdiksə, yaxud da yanıldıqsa, bizi tutub sorğu-suala çəkmə! Ey Rəbbimiz! Bizə bizdən əvvəlkilərə yüklədiyin kimi ağır məsuliyyət/bizi çətinliyə salacaq şeylər yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün çatmadığı yükü yükləmə! əfv et bizi, bağışla bizi, mərhəmət et bizə! Sən bizim köməkçi, yol göstərən, himayəçi yaxınımızsan. kafirlər dəstəsinə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərin dəstəsinə] qarşı bizə kömək et." Allah heç kimə gücünün çatacağından başqa; imkanı xaricində yük yükləməz. Hər kəsin qazandığı öz xeyrinə qazandırıldığı zərərinədir.