Nur Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İstifadə edə biləcəyiniz yaşayış üçün olmayan evlərə (iznsiz )daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
Bünyadov-Məmmədəliyev:
İçərisində əşyanız olan (karvansara, mehmanxana, ümumi istifadə yerləri kimi) qeyri-məskun evlərə (icazəsiz) daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizli saxladıqlarınızı da (aşkarda da, gizlində etdiyinizi) bilir!
Elmir Quliyev :
На вас нет греха, если вы без разрешения войдете в нежилые (не принадлежащие конкретному лицу) дома, которыми вы можете пользоваться. Аллаху известно то, что вы обнаруживаете, и то, что вы скрываете.
Ələddin Sultanov:
Heç kimin yaşamadığı istifadə edə biləcəyiniz (karvansaray s. kimi) evlərə isə (icazəsiz) daxil olmaq sizə günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizlətdiklərinizi bilir.
Kerbelayi Malik ağa:
Yaşayış olmayan, içərisində sizin üçün fayda olan evlərə daxil olmaq günah deyil. Allah sizin açıqladığınız gizlədiyiniz şeyləri bilir.
Ələsgər Musayev:
Ümumi evlərə ki, qeyri məskənlərdir, orada sinin mətahınız var, ora daxil olmaqda sizin üçün günah yoxdur. Allah sizin aşkar gizli etdiyinizi bilir!
A.Mehdiyev və D.Cəfərli:
İçərisində işiniz mənafeyiniz olan yaşayışsız evlərə (və ümumi məkanlara) daxil olmaq sizin üçün günah deyil. Allah (niyyət işlərinizdən) aşkar etdiyinizi də, gizlətdiyinizi bilir.
Kövsər Tağıyev:
İçərisində sizə aid bir əşya olan qeyri-məskun evlərə daxil olmaqda sizə bir günah yoxdur. Allah aşkara vurduqlarınızı da, gizlədiklərinizi bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sakini olmayan içərisində əşyanız olan evlərə girməyiniz isə sizin üçün günah deyildir. Axı Allah sizin nəyi aşkarladığınızı nəyi gizlətdiyinizi bilir.
Sabirə Dünyamalıyeva:
İçində sizə məxsus qiymətli bir şey olan, yaşayışsız evlərə girməkdə sizin üçün bir günah yoxdur. Allah, sizin aşkar etdiyiniz şeyləri də, gizlədiyini şeyləri bilir.