Əlixan Musayev:
Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman dağın yanında bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”.
Bünyadov-Məmmədəliyev:
Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!”
Elmir Quliyev
:
Когда Муса (Моисей) отработал срок и двинулся в путь со своей семьей, он увидел со стороны горы огонь и сказал своей семье: "Оставайтесь здесь! Я увидел огонь. Возможно, я принесу вам оттуда известие или горящую головню, чтобы вы могли согреться".
Ələddin Sultanov:
Nəhayət, Musa (çobanlıq) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir alov gördü. Ailəsinə: “Siz burada qalın! Mən bir alov gördüm. Bəlkə, oradan sizə bir xəbər, yaxud isinə bilməyiniz üçün bir köz gətirərəm”, - dedi.
Kerbelayi Malik ağa:
Beləcə Musa (ə.s), müddətini tamamladığı zaman ailəsi ilə yola çıxdı. Tur dağı tərəfində bir atəş gördü. Ailəsinə: ‘Dayanıb gözləyin. Mən bir atəş gördüm. Bəlkə sizə oradan bir xəbər və ya alovlu birköz gətirərəm. Beləcə siz qızınasınız deyə.’ dedi.
Ələsgər Musayev:
Amma el? ki, Musa mudd?ti yerin? yetirib v? oz ?hli il? h?r?k?t etdi, dag t?r?fd? od gordu. Dedi ?hlin?: «Dayan?n, m?n od gordum. Ola ki, m?n ondan siz? bir x?b?r g?tir?m, ya bir az od g?tir?m, ola ki, q?z?sas?n?z!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Musa (təyin olunmuş) müddəti tamamlayıb öz ailəsi ilə birlikdə (Mədyəndən Misrə tərəf) hərəkət etdikdə, Turun (Tur dağının) yanında bir od gördü, ailəsinə dedi: «Siz (burada) dayanın, mən bir od gördüm, bəlkə, gedib (yolu tapmaq üçün) ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız».
Kövsər Tağıyev:
Musa müddəti başa vurub ailəsi ilə yola çıxdıqda Tur tərəfdə bir atəş gördü və ailəsinə: “Siz burada qalın, mən bir atəş gördüm, (oraya gedirəm). Bəlkə oradan sizə bir xəbər və ya qızınmağınız üçün bir köz gətirərəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa müddəti başa vurub ailəsi ilə gedəndə dağın yanında od gördü və ailəsinə dedi: “Durun, mən bir od görmüşəm. Ola bilsin mən ondan sizə bir xəbər və ya oddan bir köz gətirəm ki, bəlkə qızınasınız."
Sabirə Dünyamalıyeva:
Artıq Musa müddəti başa vurub ailəsiylə/yaxınlarıyla birgə yola çıxdıqda, dağ tərəfindən bir od hiss etdi. Ailəsinə, "Mən sizə bir xəbər gətirənə kimi siz gözləyin; mən bir od hiss etdim. Yaxud isinməyiniz üçün o atəşdən bir parça gətirərəm" dedi.