Mömin Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey xalqım! Bu gün yer üzündə hakim şəxslər kimi hökmranlıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”.
Bünyadov-Məmmədəliyev:
Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə (Misir torpağında İsrail oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm (Musanı öldürməkdən başqa ayrı çarə yoxdur)!”
Elmir Quliyev :
О мой народ! Сегодня у вас есть власть, и вы господствуете на земле. Но кто поможет нам, если наказание Аллаха явится к нам?" Фараон сказал: указываю вам только на то, что сам считаю нужным. Я веду вас только правильным путем".
Ələddin Sultanov:
Ey qövmüm! Bu gün hökmranlıq yer üzündə qalib olan sizlərin əlindədir. Ancaq Allahın əzabı gələrsə, bizə kim kömək edəcək?” Firon: “Mən sizə yalnız öz fikrimi bildirir doğru yolu göstərirəm!” - dedi.
Kerbelayi Malik ağa:
(O adam dedi ki): ‘Ey qövmüm! Bu gün mülk sizindir, yer üzündə qüvvətlisiniz. Amma Allahın şiddətli əzabı bizə gəldiyi zaman sizə kim kömək edəcək?’ Firon (da) belə dedi: ‘Sizə göstərdiyim şey yalnız mənim rəyimdir. Mən sizi irşad yolundan başqasına hidayət etmərəm.’
Ələsgər Musayev:
Ay qoumum! Bu gün sizin üçün mülk var, hansı ki, siz ərzdə zahiranə başçılıq edirsiniz. Kim yardım edər bizə, əgər Allahdan bizə basqı gəlsə?» Dedi Firaun: «Mən sizə ancaq özüm görürəm, onu göstərirəm. Mən sizi ancaq rəşd yola hidayət edirəm».
A.Mehdiyev və D.Cəfərli:
Ey mənim qövmüm, bu gün mülkiyyət hakimiyyət sizə məxsusdur siz bu torpaqda qalib üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən (Musanın öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm sizi yalnız doğru yola yönəldirəm.»
Kövsər Tağıyev:
“Ey qövmüm! Bu gün yer üzünə hakim kimsələr olaraq iqtidar səltənət sizindir. Ancaq Allahın əzabı başımıza gəldiyi zaman bizi (ondan) kim xilas edər?” Firon: “Mən sizə ancaq öz fikrimi bildirirəm sizi ancaq doğru yola yönəldirəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım! Bu gün yer üzündə bir qalib kimi siz hökmranlıq edirsiniz. Allahın gücü [əzabı] üzərimizə gələrsə, kim bizi ondan qoruya bilər?" Firon dedi: "Mən sizə yalnız öz gördüyümü göstərirəm sizi ancaq doğru yola sövq edirəm."
Sabirə Dünyamalıyeva:
Ey qövmüm! Yer üzündə bu gün rəhbərlik sizindir. Yaxşı, əgər Allahın qəzəbi gəlsə, kim bizə kim kömək edib [bizi ondan] xilas edər?" dedi. Firon: "Mən sizə öz rəyimi bildiririəm mən sizi yalnız yetkinliyin/ağlın yoluna yönləndirirəm " dedi.