Rəhman Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərdə yerdə olan hər kəs (ehtiyacı olan şeyi) Ondan diləyir. O hər gün bir işdədir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıma zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
Elmir Quliyev :
Его просят те, кто на небесах и на земле, и каждый день Он занят делом.
Ələddin Sultanov:
Göylərdə yerdə kim varsa, hamısı Ondan istəyər. O hər gün (hər an) bir işdədir.
Kerbelayi Malik ağa:
Göylərdə yerdə olanlar Ondan istəyərlər. O hər gün (hər an) bir şən üzərindədir (ayrı bir təcəlli, yeni bir var etmə, işlə məşğuldur).
Ələsgər Musayev:
Kim ki, səmalarda ərzdə var, sual edər ondan. Külli hər gün O işdədir.
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə yerdə olan hər bir kəs (həm dili, həm halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir.
Kövsər Tağıyev:
Göylərdə yerdə olanlar (hər şeyi) Ondan istəyirlər. O, hər an yeni bir ilahi işdədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə yerdə olan hər kəs (möhtac olduğu şeyi) Ondan istər. O, hər an bir işdədir.
Sabirə Dünyamalıyeva:
Göylərdə yerdə olan hər kəs, Ondan diləyər. O, hər an bir işdədir.