Nəsr Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
həmd ilə Rəbbini təriflə Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
Bünyadov-Məmmədəliyev:
Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə bihəmdikə” kəlməsini de) Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
Elmir Quliyev :
восславь же хвалой Господа своего и попроси у Него прощения. Воистину, Он Принимающий покаяния.
Ələddin Sultanov:
Rəbbinə həmd edərək Onu təsbeh et Ondan məğfirət dilə! Şübhəsiz ki, O, tövbələri qəbul edəndir.
Kerbelayi Malik ağa:
O zaman Rəbbini həmd ilə təsbeh et. Ondan məğfirət dilə. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir.
Ələsgər Musayev:
saya sal həmd ilə Rəbbini bağışlanmaq istə Ondan, həqiqətən, O oldu Təvvab!
A.Mehdiyev və D.Cəfərli:
Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad əməldə Onu pak nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən tövbələri qəbul edəndir.
Kövsər Tağıyev:
Rəbbini həmd ilə təsbih et Ondan bağışlanma dilə. Çünki O, tövbələri çox qəbul edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
öz Rəbbinin şəninə təriflər de Ondan bağışlanmağını istə! Həqiqətən O, tövbələri qəbul edəndir!
Sabirə Dünyamalıyeva:
dərhal Rəbbini tərifləyərək Onu hər cür nöqsanlıqdan pak tut Ondan bağışlanma dilə. Şübhəsiz ki, O, əzəldən bəri tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verəndir.