Yusif Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.
Elmir Quliyev :
Мы рассказываем тебе самый прекрасный рассказ , внушая тебе в откровении этот Коран, хотя прежде ты был одним из тех, кто ничего не ведал об этом.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Bu Quranı vəhy etməklə sənə (keçmiş ümmətlərə dair) qissələrin ən gözəlini danışırıq. Həqiqətən, bundan əvvəl sən (bu qissələri) bilməyənlərdən idin.
Kerbelayi Malik ağa:
Sənə vəhy etdiyimiz bu Quran ilə ən gözəl hekayələri sənə anladırıq. Halbuki sən ondan əvvəl əlbəttə qafillərdən idin.
Ələsgər Musayev:
Biz hekayət edirik sənə yaxşı qissəni, ilə ki, vəhy edərək sənə bu Qur’anı sən bundan qabaq qafillərdən idin.
A.Mehdiyev və D.Cəfərli:
Biz bu Qur’anı sənə vəhy etməklə, ən gözəl əhvalatı ən gözəl hekayə etmək üslubu ilə sənə oxuyuruq həqiqətən sən bundan öncə (bu əhvalatdan) xəbərsizlərdən idin.
Kövsər Tağıyev:
Bu Qur`anı sənə vəhy etməklə sənə qissələrin ən gözəlini danışırıq. Halbuki daha əvvəl sən bunlardan xəbərsiz idin.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bu Quranı sənə vəhy etməklə ən gözəl əhvalatlar danışırıq. Baxmayaraq ki, sən bundan əvvəl qəflətdə olanlardan idin.
Sabirə Dünyamalıyeva:
Sənə bu Quranı vəhy etməklə Biz, sənə qissələrin ən gözəlini[#214] nəql edirik. Halbuki sənin, bundan əvvəl, bu mövzu haqqında həqiqətən məlumatın/xəbərin yox idi.