Əlixan Musayev:
O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər;
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
Elmir Quliyev
:
которые веруют в сокровенное, совершают намаз и расходуют из того, чем Мы их наделили,
Ələddin Sultanov:
O kəslər ki, qeybə (Allaha, mələklərə və axirət gününə) inanır, namazı qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.
Kerbelayi Malik ağa:
Onlar (o, təqva sahibləridir) ki, qeybə (qeybdə Allaha) iman edərlər, namazlarını qılarlar və onlara ruzi olaraq verdiyimiz şeylərdən infaq edərlər (başqalarına verərlər).
Ələsgər Musayev:
o kəslər ki, inanırlar qeyb ilə və qiyam edirlər islahata və
nədən ki, ruziləndirmişik onları, infaq edirlər.
A.Mehdiyev və D.Cəfərli:
O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
Kövsər Tağıyev:
Onlar qeybə2 inanır, namazı doğru-düzgün qılır, ruzi olaraq onlara verdiyimizdən də Allah yolunda xərcləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər üçün ki, onlar qeybə inanır, namaz qılır və onlara əta etdiyimiz ruzidən (pay) verirlər.
Sabirə Dünyamalıyeva:
kimsəsiz yerlərdə iman edən, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını quran-qoruyan], ruzi olaraq verdiyimiz