Qəsəs Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz sənə, iman gətirən insanlar üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.
Bünyadov-Məmmədəliyev:
Biz inanan bir tayfa üçün sənə Musanın Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik.
Elmir Quliyev :
Мы правдиво прочтем тебе для верующих людей историю Мусы (Моисея) и Фараона.
Ələddin Sultanov:
İman gətirən bir qövm üçün Musanın Fironun xəbərlərindən bir qismini olduğu kimi sənə oxuyacağıq.
Kerbelayi Malik ağa:
Musa (ə.s) Fironun xəbərlərindən mömin bir qövm üçün haqq ilə sənə oxuyacağıq.
Ələsgər Musayev:
Biz tilavat edirik s?nin uz?rin? Musan?n v? Firaunun x?b?rl?rind?n haqq il? o qoum ucun ki, inan?rlar.
A.Mehdiyev və D.Cəfərli:
Biz iman gətirən qövm(ü düz yola gətirmək) üçün Musa Fironun xəbərindən (sərgüzəştindən) bəzisini haqq düzgünlüklə (Cəbrailin dili ilə) sənə oxuyuruq.
Kövsər Tağıyev:
İman edən bir qövm üçün Musa ilə Fironun xəbərlərindən bir qismini sənə haqq olaraq danışacağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənə Musa Firon hekayətini iman gətirən adamlar üçün bir həqiqət olaraq oxuyuruq.
Sabirə Dünyamalıyeva:
Biz, iman edəsi bir tayfa üçün Musa Fironun vacib əhvalatlarından bir qismini sənə doğruluqla oxuyuruq/sənin nəzərinə çatdırırıq.