Səcdə Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ya da onlar: “Bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.
Bünyadov-Məmmədəliyev:
Yoxsa (müşriklər): “(Muhəmməd) onu özündən uydurmuşdur!” deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!
Elmir Quliyev :
Или же они скажут: "Он измыслил его"? Нет, оно является истиной от твоего Господа, чтобы ты предостерег людей, к которым до тебя не приходил предостерегающий увещеватель, быть может, они последуют прямым путем.
Ələddin Sultanov:
Yoxsa onlar: “Onu özündən uydurmuşdur!” - deyirlər? Əksinə, o, səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən qövmü xəbərdar edəsən deyə Rəbbin tərəfindən göndərilən haqq Kitabdır. Ola bilsin ki, onlar doğru yola yönələlər.
Kerbelayi Malik ağa:
Yoxsa ‘Onu uydurdu’ mu deyirlər? Xeyr! O, Rəbbindən bir haqdır. Səndən əvvəl özlərinə nəzir (peyğəmbər) gəlməmiş olan qövmü xəbərdar etməyin üçündür. Ümid edilər ki, beləcə onlar hidayətə ərərlər.
Ələsgər Musayev:
Yoxsa onlar deyəcəklər: «Iftira edir onu!» Bəli, o haqdır sənin Rəbbindən nəzərinə çatdırmağın üçün qoumun, gəlməyib onlara nəzərə çatdıran səndən qabaq, ola ki, onlar hidayət olunalar!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur»- deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahim (ələyhissalam)ın, yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər.
Kövsər Tağıyev:
Yoxsa: “Onu Muhamməd uydurdu”, deyirlər? Xeyr, o, səndən əvvəl heç bir xəbərdar edən gəlməmiş bir qövmü xəbərdar etməyin üçün doğru yola yönəlsinlər deyə Rəbbin tərəfindən endirilən haqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar deyirlər: “Bunu o [Məhəmməd], uydurmuşdur". Xeyr, o, sənin Rəbbindən olan bir haqdır ki, özlərinə səndən əvvəl heç bir öyüd- nəsihət verən [peyğəmbər] gəlməmiş adamlara sən öyüd-nəsihət verəsən, xəbərdarlıq edəsən, bəlkə düz yolla gedələr.
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar, "Onu özündən uydurdu!" deyirlər? Əksinə, Quran, yönləndirildikləri doğru yola çatsınlar deyə, səndən əvvəl özlərinə xəbərdarlıq edən biri gəlməyən qövmə xəbərdarlıq edəsən deyə Rəbbindən gələn haqdır.