Fussilət Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, (anlaya) bilən camaat üçün (nəzərdə tutulmuş) bir Kitabdır.
Bünyadov-Məmmədəliyev:
Ərəbcə Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır.
Elmir Quliyev :
Писание, аяты которого разъяснены в виде Корана на арабском языке для людей знающих.
Ələddin Sultanov:
Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır.
Kerbelayi Malik ağa:
(O), bilən bir qövm üçün ayələri fəsil-fəsil açıqlanmış bir Kitab olan Ərəbcə Qurandır.
Ələsgər Musayev:
kitab müfəssəldir ayətləri onun, Qur’an - ərəbi olan, bilən qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Qur’an halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə ayələrə bölünmüş məzmunu dinin hökmləri, axirət təlimləri dünyəvi elmləri əhatə edən) bir kitabdır.
Kövsər Tağıyev:
Bu, bilən bir toplum üçün ərəbcə bir Qur`an olaraq ayələri müfəssəl açıqlanmış bir kitabdır.
M.Qənioğlu və T.Bilaloğlu:
ayələri bilən adamlar üçün ərəbcə Quran şəklində müfəssəl izah edilmiş Kitabdır
Sabirə Dünyamalıyeva:
bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş/hissə-hissə ayrılmış, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən, geniş mərhəmət sahibi Allah tərəfindən nazil edilmiş bir kitab!