Məhəmməd Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir.
Bünyadov-Məmmədəliyev:
Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa (Qurana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!
Elmir Quliyev :
Это за то, что неверующие последовали за ложью, а верующие последовали за истиной от их Господа. Так Аллах приводит людям их притчи.
Ələddin Sultanov:
Çünki kafirlər batilə, iman gətirənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah onların hallarını insanlara belə izah edir.
Kerbelayi Malik ağa:
Bunlar kafirlərin batilə tabe olması amənu olanların Rəblərindən (enən) haqqa tabe olmaları səbəbiylədir. Allah insanlara öz vəziyyətlərini belə misal çəkər.
Ələsgər Musayev:
Bu, ondan ötrüdür ki, həqiqətən, o kəslər ki, kafirdirlər, tabe oldular batilə o kəslər ki, inandılar, tabe oldular Rəblərindən olan haqqa. Belə zərbə vurur Allah insanlar üçün onların məsəllərini!
A.Mehdiyev və D.Cəfərli:
Bunun (kafirlərin əməllərinin puç edilməsinin möminlərin vəziyyətlərinin yaxşılaşdırılmasının) səbəbi küfr edənlərin batilə tabe olmaları, iman gətirənlərin isə Rəbbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Allah insanlara (onların) sifətlərini bu cür bəyan edir.
Kövsər Tağıyev:
Bu, inkar edənlərin batilə uymaları inananların Rəblərindən gələn haqqa uymaları səbəbi ilədir. Allah onları insanlara belə misal çəkir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən olan haqqın ardınca getmişlər. Beləcə Allah insanlara öz misallarını çəkir!
Sabirə Dünyamalıyeva:
Allahın belə etməsi, şübhəsiz, kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən/inanmayan] kəslərin batilə uymaqları, şübhəsiz, iman edən kəslərin Rəbbindən gələn həqiqətə uymaqları səbəbiylədir. Allah insanlara, onların məsəlini bax belə çəkir.