Əlixan Musayev:
Onlar (Peyğəmbəri) yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)
Elmir Quliyev
:
Они сочли лжецами посланников и потакали своим желаниям, но каждый поступок утвердится (творения получат вознаграждение за добро и наказание за зло).
Ələddin Sultanov:
Onlar (Quranı) yalanladılar və öz nəfslərinin arzularına uydular. Halbuki hər bir işin (Allah tərəfindən) qərarlaşdırılmış bir vaxtı vardır.
Kerbelayi Malik ağa:
Yalanladılar və nəfslərinin həva-həvəslərinə tabe oldular. Bütün işlər qərarlaşdırılmışdır.
Ələsgər Musayev:
Yalan saydılar və tabe
oldular havayı istəklərindən və külli əmrlər isə qərara
alınmışdır.
A.Mehdiyev və D.Cəfərli:
Və (səni və sənin Qur'anını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.)
Kövsər Tağıyev:
Peyğəmbəri təkzib etdilər, nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər iş (Allah necə təqdir etmişsə, eləcə) gerçəkləşəcək (dəyişməyəcək).
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar (peyğəmbəri) yalançı hesab edib, öz həva-həvəslərinə uydular. Halbuki hər bir işin bir qərar tutacağı məqam vardır.
Sabirə Dünyamalıyeva:
Quranda onlara verilən hər əmr "qərarlaşdırılan,