Həşr Surəsi 3. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada (başqa )əzab verərdi. Axirətdə isə onlar üçün od əzabı hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah onlara (yurdlarından çıxardılıb) sürgün olunmağı hökm etməsəydi, onları dünyada mütləq (başqa bir) əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı gözləyir!
Elmir Quliyev :
Если бы Аллах не предписал им исход, то Он непременно наказал бы их в этом мире. А в Последней жизни им уготованы мучения в Огне.
Ələddin Sultanov:
Əgər Allah onlara (qədərlərinə) sürgünü yazmasaydı, mütləq onları dünyada cəzalandırardı. Axirətdə onlar üçün cəhənnəm əzabı vardır.
Kerbelayi Malik ağa:
Əgər Allah onların üzərinə sürgün yazmamış olsaydı, onlara mütləq dünyada əzab edərdi. Onlar üçün axirətdə atəşin əzabı vardır.
Ələsgər Musayev:
Əgər Allah yazmasaydı üzərində onların cəlay-vətənlik, əzab edərdi onları dünyada. Onlar üçündür axirətdə od əzabı!
A.Mehdiyev və D.Cəfərli:
əgər Allah onlara vətənlərindən çıxarılmağı yazmasaydı, mütləq onlara dünyada (öldürülmək əsirliklə) əzab verərdi. Onlar üçün axirətdə od əzabı vardır.
Kövsər Tağıyev:
Əgər Allah onlar haqqında sürgün hökmü verməsəydi mütləq onlara dünyada əzab edərdi. Axirətdə isə onlar üçün cəhənnəm əzabı var.
M.Qənioğlu və T.Bilaloğlu:
Әgәг Allah onlara sürgün hökmünü yazmamış olsaydı onlara bu dünyada əzab verərdi, axirətdə isə onlar üçün cəhənnəm odunun əzabı vardır.
Sabirə Dünyamalıyeva:
əgər Allah, onlara sürgün yazmasaydı, həqiqətən, onlara dünyada əzab verərdi. Axirətdə onlar üçün Atəşin əzabı var.