Əlixan Musayev:
və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
Bünyadov-Məmmədəliyev:
Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.
Elmir Quliyev
:
и наделяет его уделом оттуда, откуда он даже не предполагает. Тому, кто уповает на Аллаха, достаточно Его. Аллах доводит до конца Свое дело. Аллах установил меру для каждой вещи.
Ələddin Sultanov:
Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
Kerbelayi Malik ağa:
Ağlına gəlməyən bir yerdən ona ruzi verər. Kim Allaha təvəkkül etsə, artıq ona Allah kifayət edər. Şübhəsiz ki, Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir qədər təyin etmişdir.
Ələsgər Musayev:
və ona ruzi yetirər o yerdən ki,
hesab etmir. Kim Allaha təvəkkül etsə, O hesabdır ona.
Həqiqətən, Allah Öz əmrini yerinə yetirir. Əlbəttə, Allah külli
şey üçün qədər etdi.
A.Mehdiyev və D.Cəfərli:
Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur.
Kövsər Tağıyev:
Ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül edərsə, O, ona yetər. Şübhəsiz, Allah əmrini yerinə yetirəndir. Allah hər şeyə bir ölçü qoymuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
və heç gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha təvəkkül edərsə, O, ona bəs edər. Allah istədiyini edəndir. Allah hər şeyi qədərincə etmişdir.
Sabirə Dünyamalıyeva:
və ona gözləmədiyi bir yerdən ruzi bəxş edər. Kim də işin nəticəsini Allaha tapşırsa, O, ona kifayət edər. Şübhəsiz ki, Allah Öz əmrini yerinə yetirəndir. Allah, şübhəsiz ki, hər şey üçün bir ölçü qoymuşdur, müəyyən etmişdir.