Əlixan Musayev:
Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.
Bünyadov-Məmmədəliyev:
Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!
Elmir Quliyev
:
Следуйте за тем, что ниспослано вам от вашего Господа, и не следуйте за иными помощниками, помимо Него. Как же мало вы поминаете назидание!
Ələddin Sultanov:
Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun və Allahı qoyub özünüzə başqa dostlar tutmayın! Nə qədər də az öyüd-nəsihət alırsınız.
Kerbelayi Malik ağa:
Rəbbinizdən sizə endirilənə tabe olun. Ondan başqa dostlara uymayın. Nə qədər az təzəkkür edirsiniz.
Ələsgər Musayev:
Tabe olun nə ki, nazildir tərəfinizə Rəbbinizdən və tabe olmayın ondan başqa dostlara. Az yad edirsiniz edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.
Kövsər Tağıyev:
Rəbbinizdən sizə endirilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Nə qədər də az öyüd götürürsünüz?!
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbinizdən sizə nazil olanın ardınca gedin! Ondan başqalarını dost tutaraq ardınca getməyin. Nə qədər az öyüd-nəsihət eşidirsiniz.
Sabirə Dünyamalıyeva:
Rəbbinizdən sizə nazil olana tabe olun və Onun altındakılardan, yol göstərən, yardım edən və himayə edən qondarma yaxınlara tabe olmayın. Necə də az öyüd-nəsihət alırsınız/yada salırsınız!