Yunus Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha özlərinin həqiqi Himayədarına qaytarılacaq­ uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Orada hər kəs əvvəlcə gördüyü barəsində xəbər (hesabat) verəcək həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.
Elmir Quliyev :
Там каждый человек испытает то, что он совершил прежде. Они будут возвращены к Аллаху, их Истинному Покровителю, и покинет их (или исчезнет) то, что они измышляли.
Ələddin Sultanov:
Orada hər kəs keçmişdə etdiyi əməlləri yoxlayıb görəcək. Onlar həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Uydurub düzəltdikləri (bütlər) isə onlardan uzaqlaşıb yox olacaq.
Kerbelayi Malik ağa:
Bütün nəfslər keçmişdə etdikləri şeylərlə orada imtahan edilərək Allaha döndürüldülər. Onların mövlası Haqdır. İftira atdıqları şeylər onlardan uzaqlaşdı.
Ələsgər Musayev:
Orada külli nəfs öz əməlinin cəzasına ki, əvvəlcə əncam verib, yetişər qayıdarlar həqiqi ağaları olan Allaha tərəf iftira etdikləri itib aradan gedər.
A.Mehdiyev və D.Cəfərli:
Hər bir kəs (dünyada) qabağa göndərdiyi əməli həmin gün orada yoxlayacaqdır (onun dəyərinin əvəzinin miqdarından xəbərdar olacaqdır) hamı Allaha özünün həqiqi mövla başçısına tərəf qaytarılacaqdır (Cənnətə ya Cəhənnəmə yollanacaqdır). yalandan uydurduqları (yalandan Allahın şəriki hesab etdikləri) şey onlar(ın yanın)dan yoxa çıxacaqdır.
Kövsər Tağıyev:
Orada hər kəs daha əvvəl etdiyi şeyləri yoxlayacaq (və öz aqibətini öyrənəcək), həqiqi sahibləri olan Allaha döndəriləcək (ilah deyə) uydurduqları şeylər (onları dar ayaqda buraxıb) onlardan qeyb olub gedəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Orada hər kəsə əvvəllər etmiş olduğu (əməlləri) bildiriləcək, onlar əsl ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqlar uydurduqları (şəriklər) onları tərk edib gedəcəklər.
Sabirə Dünyamalıyeva:
Onlar, bax burada/o zaman hər kəs göndəribsə, onun imtahanını verəcək. həqiqətən gerçək mövlaları olan Allahın hüzuruna qaytarılacaqdır. Böhtan edib uydurduqları şeylər həqiqətən onlardan uzaqlaşıb qeyb olacaq.