Hud Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız?
Bünyadov-Məmmədəliyev:
Ey camaatım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz?
Elmir Quliyev :
О мой народ! Кто защитит меня от Аллаха, если я прогоню их? Неужели вы не помяните назидание?
Ələddin Sultanov:
Ey qövmüm! Əgər onları qovsam, Allah tərəfindən (gələcək bir əzaba qarşı) mənə kim kömək edə bilər?! Heç düşünmürsünüzmü?
Kerbelayi Malik ağa:
Ey qövmüm! Əgər mən onları qovsam, Allaha qarşı mənə kim kömək edər? Hələ təzəkkür etmirsinizmi?
Ələsgər Musayev:
Ay qoumum! Kim mənə Allahdan yardım edə bilər, əgər onları öz yanımdan qovsam? Ə, yad etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
«Və ey mənim qövmüm, əgər mən onları (öz yanımdan) qovsam, Allah qarşısında mənə kim kömək edəcəkdir? Məgər ibrət götürmürsünüz?!»
Kövsər Tağıyev:
“Ey qövmüm! Əgər mən onları qovsam, məni Allahdan kim qoruya bilər? Heç düşünmürsünüzmü?”
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım! Əgər onları qovsam, kim məni Allahdan qoruyar? Doğrudanmı siz bir düşünməyəcəksiniz?
Sabirə Dünyamalıyeva:
Və: "Ey qövmüm! Mən onları qovsam, Allaha qarşı mənə kim kömək edəcək? Yaxşı, siz heç düşünmürsünüzmü?