Əlixan Musayev:
Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.
Bünyadov-Məmmədəliyev:
Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!
Elmir Quliyev
:
О жены Пророка! Если кто из вас совершит явную мерзость, то ее мучения будут удвоены. Это для Аллаха легко.
Ələddin Sultanov:
Ey Peyğəmbərin zövcələri! Sizdən kim açıq-aşkar çirkin bir iş görərsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır.
Kerbelayi Malik ağa:
Ey Peyğəmbər Xanımları! İçinizdən kim açıq-aşkar çirkin iş görərsə, ona əzab ikiqat artırılar. Bu, Allaha görə asandır.
Ələsgər Musayev:
Ay nəbinin
qadınları! Sizdən kim aşkar fahişəlik edərsə, artırarıq onun
üçün əzabı ikiqat olaraq. Oldu bu, üzərində Allahın asan!
A.Mehdiyev və D.Cəfərli:
Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)
Kövsər Tağıyev:
Ey Peyğəmbərin xanımları! Sizdən kim açıq-aşkar çirkin bir iş görsə, onun cəzası ikiqat verilər. Bu, Allaha görə asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbərin zövcələri! Sizlərdən hansı biriniz aşkar bir qəbih iş tutarsa, onun cəzası ikiqat artırılar. Bu, Allah üçün çox asandır.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbərin qadınları! Sizdən kim açıq-aşkar bir çirkin arsızlıq etsə, günahının cəzası iki qat artıq olacaq. Bu da Allah üçün çox asandır.