Əlixan Musayev:
Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlara haqq (olan Quran) gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” – dedilər.
Elmir Quliyev
:
Когда же истина явилась к ним, они сказали: "Это — колдовство, и мы не веруем в него".
Ələddin Sultanov:
Haqq (Quran) onlara gəldiyi zaman: “Bu bir sehrdir, biz onu inkar edirik!” - dedilər.
Kerbelayi Malik ağa:
Onlara Haqq (Quran) gəldiyi zaman: ‘Bu bir sehrdir və şübhəsiz biz onu inkar edənlərik.’ dedilər.
Ələsgər Musayev:
Amma elə ki, gəldi onlara haqq, dedilər: «Bu
sehrdir və biz ona kafirik!»
A.Mehdiyev və D.Cəfərli:
Və elə ki, haqq onlara tərəf gəldi, «bu cadudur və biz onu tamamilə inkar edirik» dedilər.
Kövsər Tağıyev:
Lakin onlara Haqq gəldikdə: “Bu, bir sehrdir, biz onu qəti şəkildə inkar edirik”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqq onlara gələndə isə dedilər: "Bu, sehrbazlıqdır və biz buna inanmırıq."
Sabirə Dünyamalıyeva:
Və haqq/gerçək onlara gəldiyi zaman onlar: "Bu, bir sehrdir və şübhəsiz, biz onu bilə-bilə inkar edirik/inanmırıq" dedilər.