Qaf Surəsi 30. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
O gün Biz Cəhənnəmə: “Doldunmu?” deyəcək, o isə: “Yenə varmı?” deyə cavab verəcəkdir.
Elmir Quliyev :
В тот день Мы скажем Геенне: "Заполнилась ли ты?" Она скажет: "Нет ли добавки?"
Ələddin Sultanov:
O gün cəhənnəmə: “Dolmusanmı?” - deyə sual verəcəyik. O da: “Yenə varmı?” - deyə cavab verəcəkdir.
Kerbelayi Malik ağa:
O gün cəhənnəmə: ‘Doldunmu?’ deyərik. O: ‘Yenə varmı?’ deyər.
Ələsgər Musayev:
Həmin gün deyərik cəhənnəmə: «Doldunmu?» Deyər: «Əlavədən yoxdurmu?»
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» (axirət aləminin tərkib hissələri şüura danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var ya yerim yoxdur.)
Kövsər Tağıyev:
O gün cəhənnəmə: “Doldunmu?” deyərik. O da: “Yenə varmı?” deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz cəhənnəmə deyəcəyik: “Doldunmu?" O isə: "Yenədəmi var?" - deyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Biz, o gün cəhənnəmə, "Doldunmu?" deyəcəyik. O isə, "Yenə varmı?" deyəcək.