Əlixan Musayev:
De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə )çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”
Bünyadov-Məmmədəliyev:
De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!
Elmir Quliyev
:
Скажи: "Как вы думаете, кто одарит вас родниковой водой, если ваша вода уйдет под землю?"
Ələddin Sultanov:
De: “Deyin görüm, əgər suyunuz çəkilsə (qurusa), onda kim sizə axar su gətirə bilər?”
Kerbelayi Malik ağa:
De ki: ‘Gördünüzmü, əgər sizin suyunuz yerin altına çəkilib getsə, o zaman sizə axar suyu kim gətirər?’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü, əgər suyunuz dərinliyə
batarsa və kim gələcək sizə içməli bulaq suyu ilə?
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!»
Kövsər Tağıyev:
De ki: “Deyin görək, suyunuz çəkilsə, sizə kim təmiz bir axar su gətirər?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bir deyin görüm, əgər suyunuz (yerin) dərinliyinə çəkilib gedərsə, sizə kim axar su gətirə bilər?"
Sabirə Dünyamalıyeva:
De ki: "Heç düşündünüzmü? Əgər suyunuz qəfildən yerin dibinə çəkdirilsə, sizə kim bir axar su gətirə bilər?"