Əlixan Musayev:
ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar.
Bünyadov-Məmmədəliyev:
Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər.
Elmir Quliyev
:
Оставайтесь ханифами и не приобщайте к Нему сотоварищей. А кто приобщает сотоварищей к Аллаху, тот словно падает с неба, и птицы подхватят его, или же ветер забросит его в далекое место.
Ələddin Sultanov:
Allaha şərik qoşmadan həniflər (Allahın birliyinə inanan möminlər) olun! Kim Allaha şərik qoşarsa, sanki o, göydən düşüb (parçalanmış) və quşlar onu alıb aparmış, yaxud külək onu sovurub uzaq bir yerə atmışdır.
Kerbelayi Malik ağa:
Həniflər (Allaha təslim olan qullar) bütlərlə Ona şirk qoşmayanlardır. Kim Allaha şirk qoşsa o təqdirdə sanki o, səmadan düşmüş və beləcə onu quş qapmış kimi və ya külək onu uzaq bir məkana atmış kimidir.
Ələsgər Musayev:
Allah üçün hənif olaraq, Onunla şərik qoşmadan. Kim
Allah ilə şərik qoşarsa, ona bənzər ki, səmadan düşür və quşlar
da onu tutur, ya da külək onu uzaq məkana aparır
A.Mehdiyev və D.Cəfərli:
Allaha görə haqpərəst olub müşriklərdən olmadan (murdar və batildən çəkinin). (Vücud, rübubiyyət, xilqət və ibadətdə) Allaha şərik qoşan kəs, sanki göydən düşüb və ov quşları onu qapırlar (və özlərinə yem edirlər) və ya (güclü) külək onu uzaq bir yerə atır.
Kövsər Tağıyev:
Allaha yönələn, ona şərik qoşmayan kimsələr (olun). Allaha şərik qoşan kimsə sanki göydən düşürmüş, quşlar onu qapmağa çalışırmış və ya külək onu uzaq bir yerə sürükləyib aparırmış kimidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha sədaqət göstərərək və Ona şərik qoşmayaraq. Allaha şərik qoşan sanki göydən düşər, onu quşlar tutar və ya külək uzaq bir yerə alıb aparar.
Sabirə Dünyamalıyeva:
Elə isə, Allaha yönələnlər olaraq, Ona şərik qəbul edənlərdən olmayaraq, o bütlərin murdarlığından qaçın, yalan sözlərdən də çəkinin. Allaha kim şərik qoşsa, o şəxs, göydən düşən və quşların qapdığı, yaxud da küləyin kimsəsiz bir yerə sürüyüb apardığı şey kimidir.