Qəmər Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
Bünyadov-Məmmədəliyev:
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
Elmir Quliyev :
Воистину, Мы наслали на них всего лишь один вопль, и они уподобились сену хозяина загона.
Ələddin Sultanov:
Biz onlara qorxunc bir səs göndərdik onlar heyvan ağılına qoyulan quru ot kimi oldular.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onların üzərinə tək bir qorxunc səs dalğası göndərdik. Beləcə onlar ufalanmış quru ot kimi oldular.
Ələsgər Musayev:
Göndərdik üzərinə onların vahid səs hamısı onlar quru odun kimi oldular.
A.Mehdiyev və D.Cəfərli:
Biz onlara (yaratmaqla ya mələk vasitəsi ilə) qorxunc bir səs göndərdik. Beləliklə onların hamısı quru sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər.
Kövsər Tağıyev:
Şübhəsiz, biz onların üstünə bir tək qorxunc səs göndərdik, onlar ağıldakı heyvanların tapdalayıb əzdikləri quru çöplər kimi oldular.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların üzərinə tükürpədici bir hayqırtı göndərdik onlar çəpər düzəldənin işlətdiyi quru çör-çöpə döndülər.
Sabirə Dünyamalıyeva:
Həqiqətən Biz, onların üstünə bircə dəhşətli səs göndərdik; (heyvanlar üçün) ağıl düzəldən kəsin yığdığı kol-kos kimi oldular.