Müddəssir Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik onların sayını (on doqquz) etdik ki, (bu,) kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər möminlər (haqqa) şübhə etməsinlər qəlblərində xəstəlik olanlar kafirlər: “Allah bu məsəllə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.
Bünyadov-Məmmədəliyev:
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin möminlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq şəkk mərəzi) olanların kafirlərin: “Allah bu misalla demək istəyir?” demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır istədiyini doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir!
Elmir Quliyev :
Стражами Огня мы сделали только ангелов, а количество их сделали искушением для неверующих, чтобы удостоверились те, кому было даровано Писание, чтобы усилилась вера у верующих, чтобы не сомневались те, кому было даровано Писание, и верующие, и чтобы спросили те, чьи сердца поражены недугом, и неверующие: "Что хотел Аллах этой притчей?" Так Аллах вводит в заблуждение, кого пожелает, и ведет прямым путем, кого пожелает. Воинство твоего Господа не знает никто, кроме Него. Это же не что иное, как Напоминание для человечества.
Ələddin Sultanov:
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da kafirlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman gətirənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm möminlər şübhəyə düşməsin, qəlblərində xəstəlik olanlar kafirlər isə: “Allah bu məsəllə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
Kerbelayi Malik ağa:
Biz atəş əhlini (cəhənnəm gözətçilərini) mələklərdən etdik. Onların sayını kafirlər üçün imtahan etdik, kitab verilənlər yəqin sahibi olsunlar amənu olanların da imanı artsın. Kitab verilənlər möminlər şübhəyə düşməsinlər. Qəlblərində mərəz (xəstəlik, şübhə) olanlar kafirlər desinlər ki: ‘Allah bu məsələ ilə murad etdi (nə demək istədi)?’ Allah istədiyini belə dəlalətdə buraxar istədiyini hidayətə ərdirər. Rəbbinin ordularını, Özündən başqası bilməz. O, insanlar üçün zikrdən başqa bir şey deyil.
Ələsgər Musayev:
Etdik Biz sahibini odun, ancaq mələklər. Etdik onların sayını sınaq o kəslər üçün ki, kafirdirlər, ondan ötrü ki, yəqin bilsinlər o kəslər ki, kitab verilib artırsınlar o kəslər ki, inanırlar, imanlarını. şübhədə olmasınlar o kəslər ki, onlara kitab verilib inananlar. Ondan ötrü ki, deyələr o kəslər ki, qəlblərində mərəz var kafirlər: «Bu məsəllə Allah istəyirdi?» Beləcə Allah kimi istəsə zəlalətdə tərk edər kimi istəsə doğru yola hidayət edər. Heç kim Rəbbinin qoşunları haqqında bilməz, ancaq Ondan başqa. ki, o, ancaq yad etmədir bəşər üçün.
A.Mehdiyev və D.Cəfərli:
Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli möminlər şəkk şübhə etməsinlər, digər tərəfdən qəlblərində (şəkk) xəstəliyi olanlar bir kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar istədiyi kəsi (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
Kövsər Tağıyev:
Biz cəhənnəmə ancaq mələkləri vəzifələndirdik. Onların sayını inkar edənlər üçün bir imtahan vəsiləsi etdik ki, kitab verilənlər yəqinliklə bilsinlər, iman edənlərin imanı artsın, kitab verilənlər möminlər şübhəyə düşməsin, qəlblərində bir xəstəlik olanlarla kafirlər “Allah bu misalla nəyi murad etdi?” desinlər. Bax belə. Allah istədiyini sapdırar, istədiyini doğru yola yönəldər. Rəbbinin ordularını ancaq özü bilər. Bu, insanlar üçün sadəcə bir xəbərdarlıqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz cəhənnəm odu gözətçilərini ancaq mələklərdən etdik. Onların sayını kafirlər üçün ancaq bir sınaq etdik ki, özlərinə Kitab bəxş olunanlar yəqinlik hasil etsinlər, iman gətirənlər öz imanlarını artırsınlar, Kitab əhli möminləf şəkk-şübhə etməsinlər, ürəklərində mərəz olanlar kafirlər desinlər "Allah bu məsəllə demək istəyir?" Allah istədiyi kəsi belə azdırır istədiyi kəsə belə düz yol göstərir. Rəbbinin qoşunlarını ancaq O tanıyır. Bu isə insanlar üçün ancaq bir öyüd-nəsihətdir.
Sabirə Dünyamalıyeva:
Biz, cəhənnəm dostlarını da yalnız mələklər etdik. Sayını da elə etdik ki, özlərinə kitab verilən kəslər açıq-aşkar bilsin, iman edənlərin imanı artsın, özlərinə kitab verilənlər iman edənlər qərarsızlığa düşməsinlər; qəlblərində xəstəlik olan, zehniyyəti çürük olan kəslər kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] "Allah bununla demək istədi?" desinlər, kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün bu, bir imtahan olsun. Bax belə. Allah istədiyi kimsəni/istəyəni azdırır, istədiyi kimsəyə/istəyənə yol göstərir. Rəbbinin ordularını da Özündən başqası bilməz. Bu, insanlara öyüd vermək/onları düşündürmək üçündür.